"Kluazonizm və poeziya" - Rauf Ra yazır...



"Kluazonizm"

19-cu əsrin sonlarında rəssamlıqda "kluazonizm" adı altında bir cərəyan başlamışdı. Demək olar ki, sintetizm cərəyanı ilə eyni idi. Bu, iki qırıq xətli üfüqün bənzərlikləri çoxdur. Bu üsulla Pol Qoqen, Vinsent Van Qoq, Lui Anketen və başqa məşhur rəssamlar əsərlər yaradıblar.

Bu cərəyan barədə söz açmağımın səbəbi -hikməti budur ki, "poeziya nədir?" sualını özlüyümdə səsləndirdikdə, həmişə bu cərəyanı göz önünə gətirirəm.

Kluazonizmdə rəssam rəsmini qapalı xətlər ilə çəkir, aralarında fərqli rənglər qoyur, müqayisə bir rəngdən önə çarpan bir rəngi meydana gətirir, beləliklə rəsmi rəngləndirir və rəng rəngi çəkir...

"Yorğun incəsənət"

Bu cərəyan haqqında uzun-uzadı yazmaq olar, lakin dəyməz, zira "rəng rəngi çəkir!" qısa cümləsinin uzunçuluq simvolikası olan digər cümlələrimdən küsməsini istəmirəm. Bu cümlə kluazonizm və sintetizm cərəyanlarını bir-birinə həm sintez edir, həm də bütün mahiyyətini xülasə edib açıq-aşkar özündə barındırır.

Bu ifadəni istər rəsm və musiqidə və istərsə də poeziyada işlətmək mümkündür:

"Rəng rəngi, not notu, misra misranı çəkir!"

Gətirmək feilindən yox, çəkmək - sürükləmək feilindən istifadə edirəm. Çünki "çəkmək"də mistik və reallığın təcəssümü, "gətirmək"dən daha çoxdur.

Şair qələmilə misralara, bəstəkar barmaqlarıyla notlara, rəssam fırçası ilə rənglərə kömək edir ki, misralar, notlar və rənglər yorulmasın. 

"Mistikadan mistikaya"

Şeirlə bağlı əksər şairlərin daima səsləndirdikləri bir ifadə var: "Şeiri yazmırsan, şeir yazılır."

Fikrimcə, bu fikir prosesin ikinci mərhələsidir. İlk mərhələ - şeirə - misralara çevrilməyi bacarmaqdır. Mistik səslənir. İkinci mərhələdə isə reallığa çevrilir. (Əsl mistika da elə burdadır.)

"Poeziya nədir?"

Poeziya həyatın həqiqətlərini yalanlara, yalanlarını həqiqətə, sevinclərini kədərə, kədərlərini sevincə, əzablarını rahatlığa, rahatlıqlarını əzaba, səs-küyünü sükuta, sükutunu səs-küyə və s. kimi bir-birinə əks olan anlayışları bir-birinə çevirməyi və üz-üzə gətirməyi bacararmalıdır.

Mənə görə, poeziya - İbrahim peyğəmbərin öz yuxusuna aldanıb, onu həqiqət bilib oğlu İsmayılı qurban kəsməyə apararkən öz yoldaşına "Narahat olma 3 günə qayıdarıq" deməsi kimi - yalanın həqiqətə, həqiqətin yalana özünü isbatlağlamağa çalışmasıdır. 

Əlqərəz, "poeziya nədir?" sualı - özünü həm özünə, həm də cavaba isbatlayır. Həm sual olur, həm də cavab...