"Qızıl portağal" festivalında iştirak edəcək filmlər bəlli oldu
KİNO
- 07.09.2020
- 0 Şərh
- 5599 Baxış
Türkiyədə növbəti "Qızıl portağal" film festivalında iştirak edəcək filmlər bəlli olub.
Yarpaq.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Antalya Böyükşəhər bələdiyyə sədri Muhiddin Böcəyin təşkilatçılığı ilə baş tutacaq festivalda 12 qısa və 10 sənədli film yarışacaq. Festival oktyabr ayının 3-dən başlayaraq 10-a qədər davam edəcək.
Qısametrajlı filmlər arasında ilk yerin sahibi 20 min, sənədli filmlər arasında birinci olan isə 40 min türk lirəsi qazanacaq.
Məlumat üçün bildirək ki, "Qızıl portağal" festivalı 1964-cü ildən bəri hər il Türkiyənin Antalya şəhərində baş tutur. Ölkənin ən məşhur festivallarından sayılan "Qızıl portağal" ənənəvi olaraq payız aylarında baş tutur.