Rauf Ra - Retrospektsiya və ya xatırlama bacarığı - minimal interpretasiya
Proza
- 16.05.2021
- 0 Şərh
- 8486 Baxış
0.
Siz irəli baxırsız, lakin geriyə gedirsiz...
"Boz rəngli yağış sularının axması,
Onların axdığı yerlər,
Bir də gecənin içində maşınların şütüməsi...
Onların gedişindən gələn səs...
Soyuq havalarda ağzımızdan qaçan buxarlar...
Nələrinsə yaşanılıb, əbədiyyən bitməsi deməkdir.
Onlar qıvrılan, tütün rəngiylə yoğrulan ağrılar idi...
Yemiş sarılığında
qızıl kimi parlaq bir eşq
Və bir qadın
salxım saçlarla
cənnət yarpaqları rəngində - yaşıl köynəklə...
Sevilib və itirilib.
Nələrsə yaşanılıb - kimsə ağlını,
şüurunu, ruhunu itirib onun üçün.
İndi
Uzaqlardan gələn qüssə - gedişlərdən gələn səsdir.
Dəftərlərin qoxusu
çevrilən səhifələrin
qələmlərin duruşu barmaqsız qalan əllərin qüssəsidir -
mən bilirəm ki, yaşamışam, mən bilirəm ki, sevmişəm...
Amma itirəcəyimə inanmırdım -
qırıldı, üzüm salxımları...
Gedəcəyinə inanmırdım, heç kimin.
Yemiş sarılığında xoşbəxt olduğum anların
axan boz yağış sularına qarışacağına inanmırdım...
Amma indi maşınlar şütüyür.
Amma indi səslərin içində,
soyuqların itiliyində
sevdiyim qadın
ölmüş anların qüssəsini bəxş edir, mənə.
Puçluğun quyusunda xoşbəxt mənzərələr görürəm
Ölmüş ailə üzvünü lentyazıda
izləmək kimi - aylar, dumduru sular,
sönməyən günəş görürəm...
Amma bitib.
Amma maşınlar şütüyür,
Amma günəş sönür,
İnana bilmədiyim hər şey artıq başıma gəlib..."
Əlibala Əhmədov
1.
Xatirələr sənət olmaya bilər, xatırlamağı bacarmaq isə sənətdir.
2.
Xatırlamağı bacarmaq, ifadənin səmimiyili yox, səmimiliyin ifadəsidir.
3.
Bütün xatirələr rəngsizdir, onlar yalnız doğru xatırlandıqda rənglənir.
4.
Hər xatirə yuxuya çevrilmir, lakin hər yuxu hansısa xatirədir.
5.
Xatirələri yuxulardan fərqləndirən zaman anlayışının xatırlanması, yuxulara bənzədən isə unudulmasıdır.
6.
Xatirələrin baş verdiyi məkan unudulmur, sadəcə xatırlanılmaq istəmir.
7.
Xatirələr unudulduqda orjinalığa, xatırlandıqda monotonluğunu keçir.
8.
Xatirələr xatırlanan hissədə başlanğıca, unudulan hissədə sonluğa dönüşür.
9.
Xatirələr xatırladığınız qədərdir.
0.
Siz irəli gedirsiz, lakin geriyə baxaraq...
"İnana bilmədiyim hər şey artıq başıma gəlib...
Amma günəş sönür,
Amma maşınlar şütüyür,
Amma bitib.
sönməyən günəş görürəm...
izləmək kimi - aylar, dumduru sular
Ölmüş ailə üzvünü lentyazıda,
Puçluğun quyusunda xoşbəxt mənzərələr görürəm,
ölmüş anların qüssəsini bəxş edir, mənə
sevdiyim qadın
soyuqların itiliyində
Amma indi səslərin içində,
Amma indi səslərin içində
Amma indi maşınlar şütüyür
axan boz yağış sularına qarışacağına inanmırdım...
Yemiş sarılığında xoşbəxt olduğum anların
Gedəcəyinə inanmırdım, heç kimin.
qırıldı, üzüm salxımları...
Amma itirəcəyimə inanmırdım -
mən bilirəm ki, yaşamışam, mən bilirəm ki, sevmişəm...
qələmlərin duruşu barmaqsız qalan əllərin qüssəsidir -
çevrilən səhifələrin
dəftərlərin qoxusu
Uzaqlardan gələn qüssə - gedişlərdən gələn səsdir
İndi
şüurunu, ruhunu itirib onun üçün.
Nələrsə yaşanılıb - kimsə ağlını,
Sevilib və itirilib.
cənnət yarpaqları rəngində - yaşıl köynəklə...
salxım saçlarla
Və bir qadın
qızıl kimi parlaq bir eşq
Yemiş sarılığında
Onlar qıvrılan, tütün rəngiylə yoğrulan ağrılar idi...
Nələrinsə yaşanılıb, əbədiyyən bitməsi deməkdir.
Soyuq havalarda ağzımızdan qaçan buxarlar...
Onların gedişindən gələn səs...
Bir də gecənin içində maşınların şütüməsi...
Onların axdığı yerlər,
Boz rəngli yağış sularının axması..."
9.
Xatırladığınız hər şey xatirədir.
8.
Xatirələr unudulan hissədə sonluğa, xatırlanan hissədə başlanğıca dönüşür.
7.
Xatirələr xatırlandıqda monotonluğa, unuduluqda orijinallığa keçir.
6.
Xatirələrin baş verdiyi məkan unudulmasa da, xatırlanılmaq istəmir.
5.
Xatirələri yuxulara bənzədən zaman anlayışının unudulması, fərqləndirən isə xatırlanmasıdır.
4.
Hər yuxu hansısa xatirədir, lakin hər xatirə yuxuya çevrilmir.
3.
Xatirələr doğru xatırlanmadıqda rənglənmir.
2.
Səmimiliyin ifadəsi xatırlamağı bacarmaq, ifadənin səmimiliyi bacarmamaqdır.
1.
Xatırlamağı bacarmaq sənətdir, xatirələr sənət olmaya da bilər