Vergilinin "Eneida"sından bir parça Əli bəy Hüseynzadənin tərcüməsində
- 28.08.2020
- 0 Şərh
- 8415 Baxış
Əli bəy Hüseynzadənin tərcüməsində Vergilinin
"Eneida"sından "Troyanın son gecəsi Eneyin başından keçənlər"i
təqdim edirik. Əsər ilk dəfə türkcəyə yunan dilindən məhz Əli bəy Hüseynzadə tərəfindən
tərcümə edilmişdir.
Vergilə görə*, Troya müdafiə qəhrəmanlarından biri olan Eney**,
Kartaç kraliçası Didona, Troyanın son
günü vaqeələrini bu şəhərin on illik bir mühasirədən sonra, yunanlıların hiyləsi
və troyalıların qəfləti yüzündən nasıl bir gecə basqınına uğradığını, yigitcə
qavğaya rəğmən, sarayıyla bərabər yıxıb yaxıldığını və kral Priamın boğazlanıb
öldürüldüyünü hekayə edərkən, o fəlakət gecəsi kəndi ailəsinin başından keçənləri
də şöylə anladır:
Sayın hökmüdarımız, ağ saçlı qoca Priam
Boğazlandı gözümün önündə, getdi qurban;
Bu acıqlı görəyin qarşısında, inlədim!..
Xatırə gəldi babam, qarımla oğlum Askan;
O təhlükəli anda möhtaçdılar yardıma:
Çox keçmədən evimiz ediləcəkdi yağma!..
Ətrafıma baxındım bir arkadaş aradım:
Bana yardım edəcək kimsəyi bulamadım:
Görmək istəməyərək yurdun fəlakətini,
Ölümü öneyliyən yoldaşlarımın kimi
Təpəsindən sarayın kəndini atdı yerə,
Yaxdı kimi kəndini atılıb atəşlərə!..
Bir aralıq dolaşıb göz gəzdirdim ətrafa,
Gözüm ilişdi Vesta*** məbədində mehraba;
Aydınlıqdı ortalıq yüksələn alovlardan;
Bir də nə görəyim bən!.. Ledanın qızı Helen!..
Sığınmışdı oraya!.. Arqolidin, Troadın
Zəbanisi, bəlası, qəhbə uğursuz qadın!..
Həm bənim vətənimdə, həm kəndi vətənində,
Bütün fəlakətlərə oydu birinci səbəb,
Bütün çəkdiklərimiz onun yüzündəndi həp!..
Saqınaraq gözlərdən atəş tapınağında.
O qurtulacağını sanmışdı intiqamdan:
Əcəba o məbəddə bulacaqmıydı aman.
Hansı yunanlı erkək, hansi troyalı ər
Bir çox ocaq söndürmüş bu qarıya əfv edər?!.
Unudurmu Menelas gördüyü həqarəti?!.
Görüncə qarşında canlar yaxan afəti,
Birdən-birə öfkəmdən döndüm bən bir çılğına,
Öc almaq için həmən qıyacaqdım canına!..
Nə?! Bizi böylə yumsuz bir hərbə sürükləyən
Bu qadın sağ qalacaq, çarpmayacaq cəzaya,
Bir zəfər törənilə gedəcək İspartaya!..
Bizim qadınlarımız yürüyəcək peşindən!
Yad əllərdə olacaq onun xəlayiqləri!..
Yurdumuzun məhvinə səbəb olan bu qarı
Qovuşacaq evinə, barxına, qocasına,
Evində buraxdığı kəndi çocuqlarına,
Görəcək xəsmini, əqrəbasını təkrar!
Halbuki şu Troya yandı onun narına;
Onun yüzündən qoca Priam edildi qurban;
Şu kıyıda yıllarca qanlar axdı sel kibi
Bunca yigitlərimiz uğuruna can verdi!
Artıq yetər!.. vücudu qalxmalıdır ortadan!..
Bir qadını öldürmək şanlı bir iş deyilsə,
Bir canavar gəbərdən alqışlanır əlbəttə!..
Hazır burada fürsət əlimə geçmiş ikən,
Vətənimin öcünü alayım bu afətdən!..
Gözümü qan bürüdü... Sarıldım qılıncıma!..
Birdən-birə qarşımda qaranlığın içindən
Parlaq bir nur bəlirdi göründü Venus ana!..
Heç bir zaman görmədim onu bu qədər gözəl!..
Əbədi gözəlliyin o tanrısal ecəsi
Tutdu bənim qolumu, şu sözləri söylədi:
Nə yapıyorsun, oğlum?! Ağlını oynatdınmı?!.
Bu hiddətə səbəb nə?! Zavallı bir qadınmı?!
Nədən böylə köpürdün? Niçin unutdun bəni?
Niçin düşünmüyorsun bir az kəndi ailəni?
Niçin buraxdın yalnız qoca baban Ankizi?
O yaşda bir ixtiyar nasıl kəndini savqar?!
Quşatmaqda hər yandan düşmən məhəllənizi!..
Unutma ki, evində bir də çoluq-çocuq var:
Sən qarını, oğlunu heç etməzmisən maraq?!
Bu qarğaşalıqda kim onları qoruyacaq?!.
Dəmin qızıl alovdan, can yaxıcı dəmirdən
Bən qorudum onları, erdirdim səlamətə!..
Bu fəlakətə səbəb nə Pirusdur, nə Helen!..
Olimpin tanrıları qızmışlar bu dövlətə:
Onlardır bu qurumu təməlinədək yıxan!..
Onlardır Troyanı atəşə verib yaxan!..
Tanrıları bir duman fani gözlərdən saxlar:
Qaldırayım pərdəyi sana görünsün onlar:
Seyr et, ulu bir aləm, bu qissədən hissə qap!
Sonra dinlə əmrimi və nə dersəm onu yap!..
Şu yanda bir yığın daş, topraq görüyormusun?
Təməlindən devrilmiş qoca qala divarı!..
İştə əlində yaba, dəniz Tanrısı Neptun,
Qatmış tozu dumana yıxıyor şu hasarı!..
Şimdi Əski qapının* önünə bax! Orada
Düşmən alaylarına kimdir edən komanda?
Tanıdınmı Yunonu? Öc güdən ilahəni?
Əlində bir qılıç var... Bax, nə qədər öfkəli...
Bir də bu tərəfə bax! Şu bürcün təpəsində,
Əlində qorxu saçan Ejid** adlı qalxanı.
Görünüyor Minerva nurdan bir sis içində!..
Böyük Yupiter belə şımartıyor düşmanı:
Üzərinizə odur ilahları sövq edən,
Oğlum, çəkil buradan, bu təhlükəli yerdən!..
Əbəsdir ilahların hökmunə qarşı durman,
Haydı, vaxt keçirmədən qoş babanın evinə!..
Maraq etmə, qorurum yolda səni düşməndən;
Təhlükədə oğlunu buraxırmı bir annə?!.
Bu sözdən sonra Venus oldu gözümdən nihan...
Görünmədən kimsəyə bən də çıxdım saraydan.
Yoxdu artıq faydası bu yurdu savğamanın:
Hər tərəfi sarıyor, ilərliyordu yanğın;
Bütün cinlər, pərilər düşmən kəsilmişlərdi,
İlahlarla bərabər yıxıyorlardı şəhri...
Nə qapı qalıyordu qurağlarda nə baca!..
Tıpkı böylə saldırır odunçular ağaca...
Yücə bir dağın süsü, bir dişbudaq ağacı
Dayanır vurur balta zərbələrinə qarşı.
Sarsıntılardan inlər, titrər, başını sallar!
Fəqət getdikcə böyür gövdəsində yaralar...
Və artıq dayanamaz o ağac bir zərbəyə!..
Bu acıqlı halları görüncə verdim qərar
Həmən evə dönməyə... Venus bana oldu yar...
Bütün təhlükələrdən bəni gözəl qorudu,
Alovları söndürdü, düşmənlərı uyutdu...
Keçib kənar yollardan, bizim evə yetişdim...
İlk olaraq babamı qurtarmaqdı niyyətim...
Tərk etməsi gərəkdi bir an əvvəl diyarı...
Götürməyə oraya hazırdım ixtiyarı...
Vardı yaxın dağlarda pək əmin bir barınaq...
O, halbuki evindən istəmədi ayrılmaq...
Dedi: madəmki böylə dağıldı getdi yurdum,
Yaşamama bənim də qalmadı artıq lüzum!
Bəni hiç düşünməyin, buraxın evdə yalnız...
Siz gənc bir yaşdasınız, sağlam adamlarsınız,
Dincsiniz, güclüsünüz, həmən qaçınız burdan!..
Tanrılar istəsəydi daha uzun bir zaman
Bənim ömür sürməmi, əsirgərdi şu yurdu,
Bu qədər acıqlı bir fəlakətdən qorurdu!..
Artıq yetər, bu hali görməm əlvermədimi?!
Bəlli, ilahlar bənim istədilər ölməmi!..
Buraxın bən öləyim burada, kəndi evimdə!..
Acımayın o qədər şu yıpranmış cəsədə!
Ən son sayğıları bir ölüyə sunar kibi,
Bana vida edərək, buradan ayrılınız!
Yükündən bən həyatın qurtarırım kəndimi...
Almaq için varımı, əlbət düşmənlərimiz
Bu yolda bir hizməti bəndən əsirgəməzlər!..
Qalır qəbr deyə cənazəm etməm kədər.
Bu şərəfdən yoksunluq bir fəlakət degildir
Ruhdur önəmli olan, kəmiklə ət degildir!..
Bir gün yaxdı canımı göydən düşən yıldırım...
Bir cəzaya uğradım... Vardı demək suçlarım;
Uğradım qəzəbinə göy gurladan Tanrının,
Şu evrəni çevirən ilahlar ilahının!..
İştə, o gündən bəri böylə bir ixcil oldum,
Bu dünyada lüzumsuz bir ömür sürüb durdum!..
Babam böylə söylüyor, böylə düşünüyordu,
İnad edib bir türlü bıraxmıyordu yurdu.
Ötədə qarım Qreüz, oğlum yavrucuq Askan,
Və bütün bir ev xalqı ağlaşıb duruyordu...
Gözlərimiz yaş dolu, yalvarıyorduq ona...
Dedik, baba, kəndini bu qədər də buraxma!*
Bil ki, sənin məhv olman bizim də məhvimizdir,
Başsız qalan ailənin yıxımı şübhəsizdir...
Acımazsan kəndinə, barı bu xalqa acı!..
Nə söylədiksə, babam qərarından caymadı...
Boşdu bütün kanıtlar, yalvarıb-yaxarmalar!..
Çıxmam evimdən, dedi, buraxmadı inadı!..
Bu acıqlı durumda ümidsizliyə düşdüm,
Diksindim bən həyatdan tüttü gözümdə ölüm!..
Dedim, barı gedəyim, çarpışayım düşmənlə,
Öləcəksəm, öləyim cəngdə şərəflə, şanla!..
Bulunduğum durumda varmıydı başqa çarə?!
Aman! Dedim, ey ata, nasıl səni bu evdə
Bən buraxıb qaçarım?! Varmı bunun imkanı?!
Xeyirsizmı bu qədər sandın sən övladını?!
Böylə ağır bir suçu nasıl bir oğul işlər?!.
Bu şəhirdən kimsənin qaçıp qurtulmasını
İstəmiyorsa göylər, böylə imişsə qədər,
Sənin dəxi qərarın bu ardanın yasını
Talesiz bir vətənin yıxımına qatmaqsa,
Bir yıxım atəşinə bizləri də atmaqsa.
Bu zor bir iş degildir... İştə qapı açıqdır!
Ölüm şu yoldan həmən saldırmaya anıqdır!..
Al qanına Priamın** boyanmış alçaq Pirus,***
Şimdi çıxar meydana! O Pirus ki, baxtsız
Baba gözü önündə oğluna**** qıydı onun...
Babanı da doğradı mehrabında məbədin!..
Ey bənim annəm, Venus***** niçin bəni qorudun?!
Yollarda rəhbər olub şu xanəyə gətirdin?!
Ailəmizin məhvini seyr etdirmək için mi
Əsirgədin atəşdən, qılıçdan, oxdan bəni?!
Önümdəmi kəsilsin babamla oğlum, qarım?!
Xeyr!.. Böylə şey olmaz! Silahımı gətirin!..
Sığınağı ölümdür hərbdə yenilmişlərin
Buraxın yenə gedib düşmənlə döyüşəlim,
Həp öləcəksək, barı öc alaraq öləlim!..
* «Eneida», 2-ci bölüm.
** Vaqiə haqqında, Didona: «quorum pars magna fui»
deyə bilən...
*** Atəş ilahəsi. Yunanca «Hestia» adlı ilahə ki, kəlmənin
türkcə hərarət olan (ıssı, issi, isti) sözlərilə ilgisi olduğu bəllidir.
Fransızca yaz anlamına gələn «ete»də bu kökdəndir. (Ə.H.T.)
* Fr. «La porte Scee»
** Bu qalxanı bir əjdaha dərisi qaplamış imiş, kəlmənin
əjdaha ilə ilgisi meydandadır.
* və ya:
savsama
** Troya kralı Priam
*** Aşilin oğlu Pyrrhus
**** Priamın oğlu Polite
***** Öykülərə görə gözəllik ilahəsi Venus Eneyin
anasıdır