Amaliya Pənahovanın səhnə fəaliyyətinin 50 illiyi münasibətilə tamaşa hazırlanıb

Amaliya Pənahovanın səhnə fəaliyyətinin 50 illiyi münasibətilə tamaşa hazırlanıb

Rejissor Kşiştof Zanussi Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Amaliya Pənahovanın səhnə fəaliyyətinin 50 illiyi münasibətilə "Qadın oyunları” tamaşasını hazırlayıb.
 
Bakı Bələdiyyə Teatrından APA-ya verilən məlumata görə, tamaşanın premyerası Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində olub.
 
Kşiştof Zanussi və Edvard Jebrovskinin pyesi əsasında hazırlanmış tamaşanın prodüserləri Aqil M.Quliyev və Tomaş Leşinskidir.
 
Tamaşada baş rolu xalq artisti Amaliya Pənahova oynayıb. Digər rollarda əməkdar artist Səmayə Sadıqova, aktyorlardan Tural Ağayev və Zülfiyyə Məmmədova çıxış edib.