Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı
- 05.10.2023
- 0 Şərh
- 7300 Baxış
Bu gün İsveçdə ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb.
Bu barədə İsveç Kral Elmlər Akademiyası məlumat yayıb.
Bildirilib ki, 2023-cü il Ədəbiyyat üzrə Nobel Mükafatı norveçli yazıçı Jon Fosseyə verilib.
O, innovativ pyeslərinə görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, Yun Fosse 1959-cu ilin 29 sentyabrında Norveçdə anadan olub. Uşaq yaşlarında ölümcül qəza keçirən Fosse bu qəzadan təsirlənərək yetkinlik yaşında sözügedən motivdə yazılar yazıb. Müəllifin əsərləri 40-dan çox dilə tərcümə edilib. Yaradıcılığında şeir, hekayə, roman, esse və pyeslər önə çıxır. 2011-ci ildən Fosse Norveç dövlətinə məxsus olan və Oslo şəhərinin mərkəzində Kral Sarayının ərazisində yerləşən Qrotten fəxri iqamətgahı ilə təltif edilib.
2022-ci ilin aprelində yazıçının romanı Damion Searls tərəfindən ingilis dilinə tərcümə edilib və "Yeni Ad: Septologiya VI-VII” romanı Beynəlxalq Buker Mükafatının qısa siyahıya düşüb. Yun Fosse həmçinin bədii tərcümə ilə də məşğuldur.
Xatırladaq ki, mükafatın ötənilki qalibi fransalı yazıçı Anni Erno olub.