Attila İlhan: Həyatı, şeirləri

Attila İlhan: Həyatı, şeirləri

Attila İlhan Türkiyə Cümhuriyyətinin ədəbiyyatına, tarixinə, incəsənətinə, ictimai fikrinə təsir etmiş unudulmaz şəxslərdən, dəyərli  şairlərindən biridir. Şairin şerləri sanki canlıdır, sən ordasan, şerdəki mövzu sənin qucağındadır, o sənsən, onlar sənin başına gələnlərdir. Hadisələri bu qədər parlaq, bu qədər incəlikləri ilə vermək Attila İlhan sənətinin ustalığıdır:

geceyarıları
tenhadır buraları
ne in ne cin
kırmızı lambası
sanki kan damlası
demiryolu geçidinin

dağılmış su dumanı şimşekli bir karanlığa
yağmurun altında çınar
çınarın altında o karartı
bırakılmış bir araba
34 FN 346
sağ arka lastiği yırtılmış
camlarında kurşun delikleri
içinde barut kokusu var
hala çalışıyor silecekleri
bir sola bir sağa
bir sola bir sağa

(34 FN 346 -  “Korkunun Krallığı” )

Attila İlhan 1925-ci il iyun ayının 15-i Menemendə doğulub. Onun tam adı Attila Hamdi İlhandır.İlk və orta təhsilinin böyük hissəsini İzmir və atasının işi ilə bağlı olaraq getdikləri müxtəlif bölgələrdə bitirdi. İzmir Atatürk Litseyinin birinci sinifində Nazim Hikmətin şerləri ilə bir qıza yazdığı məktuba görə 1941-ci ilin fevral ayında, 16 yaşında həbs olunaraq məktəbdən uzaqlaşdırılır. Üç həftə nəzarət altında qalır və nəticədə iki ay həbsxanada yatır. Türkiyənin heç bir yerində təhsil ala bilməyəcəyi haqqında qərar verilir və beləliklə o təhsilinə ara vermək məcburiyyətində qalır. Lakin sonradan Danıştayın qərarı nəticəsində 1944-cü ildə onun oxumaq imkanı yenidən bərpa olunur və o İstanbul Işık Litseyinə daxil olur. Litseyin son sinifində əmisindən xəbərsiz "CHP Şiir Armağanı"nda Cabbaroğlu Məhəmməd şeri ilə bir çox tanınmış şairi geridə qoyuraq ikinci yerə layiq görülür:

gel haberi öteden verelim
çikmiş daglara kendiliginden
cebbar oglu mehemmed
fransiz'a silah çekmiş
hür yaşamak ugruna
irz ugruna namus ugruna
ana için baba ve kardeş için
(Cebbar Oglu Mehemmed – “Duvar”)

1946-cı ildə məzun olur. Daha sonra o İstanbul Hüquq Fakültəsinə daxil olur və orada "Yığın" ve "Gün" kimi dərgilərdə ilk şerləri çap olunmağa başlayır. Beləliklə 1948-ci ildə şairin öz imkanları daxilində “Duvar” adlı ilk şer kitabı yayımlanır. Şair həyatını bütünlüklə sənətə həsr edənlərdir. Hər kəs kimi, yəni düşünmədən, çarpışmadan, mübarizə aparmadan yaşamaq onluq deyildi. O vətəni sevirdi, yazmalıydı, yaratmalıydı….

elimi tutuyorlar ayağımı
yetişemiyorum ardından
hevesim olsa param olmuyor
param olsa hevesim
yaptıklarını affettim
seninle gelemeyeceğim attilâ ilhan
beni koyup koyup gitme
ne olursun
(Ağustos Çıkmazı – “Ben Sana Mecburum” )

O, 1949-cu il universitetin ikinci ilində oxuyarkən Nazim Hikməti qurtarmaq hərakatına qatılmaq üçün ilk dəfə Parisə gedir. Attila İlhan bu hərakatda aktiv rol oynayır. Fransız xalqı və oradakı müşahidələr onun daha sonrakı əsərlərində yer alan bir çox surətə və hadisələrə təsir edir və onların təməli olur. Türkiyəyə geri dönəndə isə onun polislə tez-tez problemləri baş verir. "Sansaryan Han" soruşturmaları onun ölüm, təhlükə mövzularında işlədiyi əsərlərdə əhəmiyyətli rol oynayır. O bir neçə dəfə də nəzarət altına alınır. Həyat olduqca çətindir, onun ağrı-acılarını yaşadıqca bilirsən. Bəzən elə hadisələr olur ki, insan həyata üz çevirir, o zaman yaşamırsan, sadəcə nəfəs alırsan…

an gelir
paldır küldür yıkılır bulutlar
gökyüzünde anlaşılmaz bir heybet
o eski heyecan ölür
an gelir biter muhabbet
çalgılar susar heves kalmaz
şatârâbân ölür

şarabın gazabından kork
çünkü fena kırmızıdır
kan tutar / tutan ölür
sokaklar kuşatılmış
karakollar taranır
yağmurda bir militan ölür

***

evvel zaman içinde
kalbur saman ölür
kubbelerde uğuldar bâkî
çeşmelerden akar sinan
an gelir
-lâ ilâhe illallah-
kanunî süleyman ölür

(An Gelir -  “Elde Var Hüzün” )

1951-ci ildə "Gerçek" qəzetindəki bir yazısı onun izlənilməsinə və yenidən Parisə üz tutmasına səbəb olur. O bu dövrdə Fransada həm fransız dilini və həm də Marksizmi öyrənir. 1950-ci illər Attila İlhanın öz həyatını İstanbul-İzmir-Paris üçgənində yaşadığı və Türkiyədə yavaş-yavaş tanınmağa başladığı dövr olur. Ö öz yurduna döndükdən sonra Hüquq fakültəsində təhsilini davam etdirməyə başlayır. Lakin sonuncu kursda jurnalistiyə başlamasıyla təhsilini yarımçıq qoyur. Kino ilə əlaqələri onun 1953-cü ildə "Vatan" qəzetindəki tənqidi yazıları ilə başlayır.

1957-ci ildə "Erzincanda" əsgərliyini, yəni vətənə xidməti borcunu yerinə yetirdikdən sonra Attila İlhan İstanbula gəlir və o, kino sənətinə yönəlik işlərinə böyük yer ayırır. On beşə yaxın kino işlərinə “Ali Kaptanoğlu” adıyla imza atır. İstəklərini kinoda tapa bilməyən Atilla İlhan 1960-cı ildə Parisə geri dönür. Sosyalizmdə gəldiyi keçidləri və televiziya işçiliyi araşdırıldığı bu zamanlar atasının vəfatı ilə birlikdə onun İzmir dövrünə təkan verir. İzmirdə keçən 8 il ərzində o, “Demokrat İzmir” qəzetində baş redaktor vəzifəsini həyata keçirir. Həmin illərdə onun "Yasak Sevişmek" ve "Aynanın İçindekiler" seriyasından "Bıçağın Ucu" kitabları işıq üzünü görür. Attila İlhan 1968-ci ildə evlənir və bu evlilik 15 il ömür sürür. Ayrılıqlar - bunu yalnız yaşayanlar bilər… Ayrılıq çox dəhşətli bir yuxudur, inanılmaz qorxuludur və elə bir yuxudur ki, ona heç zaman inanmaq istəmirsən:

ay ışığına batmış
karabiber ağaçları
gümüş tozu
gecenin ırmağında yüzüyor zambaklar
yaseminler unutulmuş
tedirgin gülümser
çünkü ayrılmanın da vahşi bir tadı var
çünkü ayrılık da sevdâya dahil
çünkü ayrılanlar hâlâ sevgili
hiç bir anı tek başına yaşayamazlar
her an ötekisiyle birlikte
herşey onunla ilgili

telâşlı karanlıkta yumuşak yarasalar
gittikçe genişleyen
yakılmış ot kokusu
yıldızlar inanılmayacak bir irilikte
yansımalar tutmuş bütün sâhili
çünkü ayrılmanın da vahşi bir tadı var
öyle vahşi bir tad ki dayanılır gibi değil
çünkü ayrılık da sevdâya dahil
çünkü ayrılanlar hâlâ sevgili

(Ayrılık Sevdaya Dahil – “Ayrılık Sevdaya Dahil” )

1973-cü ildə "Bilgi Yayınevinin" müşavirliyi vəzifəsini icra etmək üçün Ankara şəhərinə köçür. "Sırtlan Payı" və "Yaraya Tuz Basmak" əsərlərini həmin şəhərdə qələmə alır. 1981-ci ilə qədər Ankara şəhərində yaşayan şair "Fena Halde Leman" adlı romanını qələmə alır və beləliklə İstanbula köçür. Attila İlhan qazet jurnalistliyinə "Milliyet" və "Gelişim" yayınları ilə davam edir. Attila İlhan bir ara Güneş qəzetində və 1993-1996 illərdə “Meydan” qəzetində yazmağa davam edir. 1996-cı ildən etibarən o, öz yazarlığına "Cumhuriyet" qəzetində davam etdirməyə başladı. 1970-ci illərdə Türkiyədə televiziya yayınlarının başlaması və geniş kütlələrə çatdırılması ilə bərabər Attila İlhan da senari yazmağa başlayır. Beləliklə "Sekiz Sütuna Manşet", "Kartallar Yüksek Uçar" və "Yarın Artık Bugündür" serialları xalq tərəfindən bəyənilərək izlənilir.
"Sokaktaki Adam" ve "Zenciler Birbirine Benzemez" əsərlərindəki surətlərə yazıçının Parisdəki həyatı və müşahidələrinin böyük təsiri vardır. "Sokaktaki Adam" əsəri yazıldığı illərdə Türkiyədə qərbləşmə, yəni avropalaşmağa can atanların karıxması, "Zenciler Birbirine Benzemez" əsərində isə Avropada kommunist və anti-kommunist mültəcilərlə qarşılaşan və ümidləri puça çıxan inqilabcı yazıçı tərəfindən əhatəli şəkildə əks olunmuşdu. Romanda yazıçı bəzi cümlələri fransızca düşünüb türkcə yazmışdır. Həyat hər gün insanlarla dolub boşalır. İtirdikcə kədərlənirik, ölüm qorxuludur, ölüm  dözülməzdir. Xalq onu sevənləri heç zaman unutmur, xatırlayır və ömür boyu dəyər verir:

Ölmek Zamanı

dağılırdı saçlarınız yaz akşamı
batan güneşe karşı / kumral
susardınız ne de çok susardınız
anlaşılması güç susmanızın anlamı
sanki bir bulmaca uzun bir sarmal
uzadıkça sersem eder adamı
o zaman sevmek değil ölmek zamanı

(uzak bir kız sisli mavi susarsa
acılarla yüklüdür suskunluğu
akıl almaz tehlikeler içerir
hele hayatında bir sürgün varsa
kelepçe kuşlarının buz gibi uçuştuğu
o siyah tren uğultularla gelir
bütün üçüncü mevki cıgara dumanı)

bana susar bir hayalle konuşurdunuz
hani fakülteden çıkarken vurmuşlardı
kollarınızda ölen tıbbıyeli çocuk
birbirinize nasıl da uymuştunuz
sevginizde yüceltici birşeyler vardı
korku bulaşığı garip bir mutluluk
bir filmi hatırlatan belki bir romanı

(uzak mavi kız dalgasız bir su
ah onun yalnızlığı benim yalnızlığım
içimizde gemiler ansızın yol kesiyor
ansızın beni de vururlar mı korkusu
izlendiğini sanmak her gece adım adım
şehrin karanlığında devriyeler geziyor
telsizde cızırtılar / cinayet alarmı)

eflatun ve ıssız ağzınız bir muamma
susardınız arkasında susmuşluğunuzun
tekrar tekrar sizi duruşmaya çağırırlar
geç vakte kalır sorgular bitmez ama
hapislik nedir ki / unutulmak asıl sorun
seyreldikçe seyrelir istanbul'dan mektuplar
ne arayanı kalır gittikçe ne soranı

(baksa da beni görmüyor sanki yokum
duymadığı açık anlattıklarımı
sessizliği kalabalık giremiyorum
ölüler kuşatılmış sağımı solumu
geçmişte yaşıyor biliyorum
bir anlatabilsem onsuz olamadığımı
o zaman sevmek değil ölmek zamanı)
Atilla İlhan 10 oktyabr 2005-ci ildə ikinci dəfə keçirdiyi infarkt nəticəsində İstanbuldakı evində həyata vida edir.

Günel Mustafayeva

Kultaz.Com