Aysel Fərəc – Ölüm haqdır, çıxılır əmrindən, İlahi!”

Aysel Fərəc – Ölüm haqdır, çıxılır əmrindən, İlahi!”

... Yox. Mən öldürülmək istəmirəm. İnsanlara zərər vurmaq, sevdiklərimi məhvə sürükləmək istəmirəm. Göz görə-görə özümlə birgə heç getmədiyim yola aparacağam onları da. İSTƏMİRƏM. Sənə öldürülmək deyirəm e. Kim ki, sənə müəyyən edilmiş bir vaxtdan sonra deyəcək ki, şələ-şüləni yığ qoltuğuna gedəsisən. Və sən də nə olduğunu anlamamış ölüm kağızını əlinə alacaqsan. Ölüm də sevgi kimi çağırılmamış qonaq olmalı axı. Bax, mən ondan istəyirəm.. Son dövrdə, əsasən, bu belə mümkünsüzdür. Rahat ölə bilmirik. Mərdimazar olmalı mütləq. Bu da hər cilddə ortaya çıxır. Misalən, həkimlər. Xəstəliyin diaqnozunu qoyurlar. Demirlər öləcəksən. Desələr, ondan yaxşıdır. Adamı elə ruhdan salırlar ki .. Dərmanlar, iynələr, ximiyaların əlindən son günlərimizi belə istədiyimiz şəkildə yaşaya bilmirik.

Deyirəm, gəl əl çək yaxamdan. Alma məni. Özüm üçün demirəm. Doğmalarım üçün bunu səndən rica edirəm. Tam olaraq, rica da deməzdim. Təklif sadəcə. ... Yaxşı. Onda bir şərtlə. Məkanlar mənlik olsun. Toyda ola bilər, yol adlayarken, bufetdə çay içərkən (çayın buxarı boğub öldürsə məsələn), loxma udarkən, limitsiz tariflə gülərkən, sahildə.. Aha! Bax, ora! Sahil... Dənizin varlı ya kasıb, yaşlı ya cavan, axmaq və ya ağıllı üçün açdığı o qucağı. Gəzən bir meyid özünü dalğaların qoynunda tapacaq.. Paramparça şəkildə dənizlə sevişərsən o an. Ona kimliyin fərq eləmir.

Hiss edirəm ki, içimdə nəsə " tik-tak, tik-tak” edir. Mən də bilirəm, ürək döyüntülərindən də ola bilər. Bu isə fərqlidir. Düşün ki, ürəklə mədənin qovuşacağında biraz sağdan, biraz soldan əcaib atışma səsləri gəlir. Bu səslər ürək döyüntülərimin arxasınca qaçır. Yaxalaya bilmir. Tənginəfəs qalırsan. Adam içində də tez-tez nəfəs alıb verə bilmirsən. Xəstə adını etiket kimi necə vururlarsa .. Bir titrəşmə alır ovcuna canımı və soyuq buz dənəciklərinin bədənimdə gəzişdiyini hiss edirəm( istiqanlı soyuq var havada, ondan ola bilərmi ki ?..) . Həmin an qırtlağım kilidlənir. Tikə ilişibmiş kimi nəsə tıxanıb qarşısına. Qulaqlarımdan çıxan dənizkənarı sədaları. Gözlərimdən qan qarının yağıntısının simamın kəskin bıçaqladığını hiss edirəm. Hər bir tükünü bizləşməyə məcbur edən soyuq ya da isti (temperaturunu ölçə bilmirəm) su damcılarının saçlarımı göyə qalxmağa vadar edişini hiss edirəm. Dodaqlarım bir şəkər xəstəsindəki kimi badımcana bənzər rəngində. Dırnaqlarımın savad əlaməti bildirən o ağ hissəsi ilə bütün dırnağımın eyni rəng olması. Qumral tonlu bədənim mürdəşirin əl gəzdirdiyi bədən rənginə çalır.

... Ölüm vaxtını bilmək qədər amansız hiss tanımıram. Bir insanın içindəki bombanın nə zaman partlacağını bilməsi və ən pisi bunun doğmalarına zərərinin toxunacağını bilməsi qədər vəhşətli duyğu yoxdur. Ən ucuz ölüm qorxusu səndən sonra çəkilən xərclərin cah-cəlalıdır. Adamı fikir lap qocaldır. Allah qulunu cavan da alır, qoca da, uşaq ikən də. Amma yaşlı ikən ölmək 1 illik zəmanətlidir. Bunun kəfən parası, tabut daşıyan maşın pulu, 3-7 , cümə axşamları, 40- ı və sonda il mərasimi xərcləri. Canım sənə desin, qəbir daşı haqq-hesabı. Qəbir daşlarının seçkin mərmər daşları ilə bəzədilməsi qədər gülünc prinsiplərimiz də var. Ölünün sümükləri kimi qəbri də torpağa qarışmalıdır. Biz isə rahat ölməyə belə imkan vermirik. Amanın günüdür, gözümün qabağında olsun. Necə də eqoistik!.. Alın yazımızın qoyduğu dayanacaq yeri və vaxtımızın özü təsadüfdür. Hansı ki, o "xəstə” var idi. Onun həyat eşqi elə diaqnozu qoyulan anda öldü. Onun üçün çaylar axmır, quşlar cikkildəşmir, bir sözlə, təbiətlə bağlantısı kəsilir, alacalanmır. Monotonlaşır.

Bir insanın içindəki bombanın nə zaman partlayacağını bilməsi qəddarlıqdır. Həkimlik( Allahın adıdır, amma doğruldan yoxdur) bu deyil.

Özümü düşmən əsirliyində hiss etdim lap. O işgəncə verməkdənsə, özüm gəbərdim özümü. Can Fəryad ..!

Birisi şunurların yerini dəyişsin. Qırmızını çıxar, hə. Deyəsən, sönəcək bomba. Olmadı? Yaxşı. Yaşılı yoxla. Necə yəni mümkünsüzdür o bombanı durdurmaq?! Çəkil kənara. Özüm həll edərəm.

Bir qutu zəhər və ucuzundan bir şişə şərab. Əntiqə! 3..2...1.......... "Yoxluq"dan” "var olan canlılar”a salam olsun ...
 

Aysel Fərəc