
“Azərbaycan folkloru” külliyyatı daha 9 cilddə işıq üzü görəcək
- 08.02.2008
- 0 Şərh
- 214 Baxış
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun nəşrə hazırladığı yüz cildlik “Azərbaycan folkloru” külliyyatının bu il daha 9 cildi işıq üzü görəcək. Bu cildlərin 4-də nağıl, 5-də dastanlar yer alacaq. AMEA-nın Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov APA-ya əsərin ilk 6 cildinin daha əvvəl nəşr edildiyini bildirib. H. İsmayılovun sözlərinə görə, “Azərbaycan folkloru” antologiyasının 6 nəşri də artıq çapa hazırlanıb: “Muğan, Qarabağ, Qazax, Borçalı və Qərbi Azərbaycanın lori tənbək folklor nümunələrinin toplandığı bu antologiyaların yaxın zamanda nəşri planlaşdırılıb”.