Bağater Arabulinin “Gündüz yuxuları” Azərbaycan dilində

Bağater Arabulinin “Gündüz yuxuları” Azərbaycan dilində

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış gürcü şairi Bağater Arabulinin "Gündüz yuxuları” şeirlər kitabı işıq üzü görüb.

Tərcümə Mərkəzindən bildirilib ki, gürcü poeziyasının parlaq nümunələrini əks etdirən kitaba şairin lirik etüd, fraq-mentlər, mənzum hekayə və pritça üslubunda qələmə aldığı şeirləri daxil edilib.

Əsərləri Azərbaycanda ilk dəfə nəşr olunan şairin şeirlər toplusunu dilimizə şair-tərcüməçi Allahverdi Təkləli çevirib.

Kitabın redaktorları Etimad Başkeçid və Salam Sarvandır.