Məhəmməd Füzuli yaradıcılığı ABŞ-ın ədəbiyyat portallarında
- 09.10.2023
- 0 Şərh
- 4932 Baxış
Amerika Birləşmiş Ştatlarının populyar "All Poetry” və "PoetrySoup” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin ingilis dilinə tərcümə edilmiş "Məni candan usandırdı” qəzəlinin yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan qəzəlin ingilis dilinə tərcümə müəllifi – tanınmış amerikalı tarixçi və tərcüməçi Bernard Lyuisdir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən "All Poetry” və "PoetrySoup” ədəbiyyat portalları mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Ceyn Ostin, Pablo Neruda, Aleksandr Puşkin kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.