Bakı bulvarında növbəti “Kino axşamı” yaxınlaşır

Bakı bulvarında növbəti “Kino axşamı” yaxınlaşır

2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə Dənizkənarı Bulvar İdarəsi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə açıq havada "Əhməd haradadır?” filminin nümayişi keçiriləcək.

"Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, filmin nümayişi saat 20:00-da Dənizkənarı Bulvarda – Dövlət Kukla Teatrının yaxınlığında baş tutacaq.

Giriş sərbəstdir.