
Bənövşə Bayram. Bataqlıq gülü
ƏDƏBİYYAT, Poeziya
- 27.03.2014
- 0 Şərh
- 1587 Baxış
Bənövşə Bayram
"Bataqlıq gülü"
"Bataqlıq gülü"
Körpə qız-bir qönçə, saf və tərtəmiz,
Körpədir, dünyadan hələ xəbərsiz...
Elə ki bir azcıq böyüdü körpə,
Arzular kök saldı o körpə qəlbə.
Yaşıl tumurcuqla doluydu qəlbi,
Tanımazdı kini,həm də ki dərdi.
Hələki ömrünün fəsli bahardı...
Hatta nağıllara o inanardı...
Yuxular görürdü yeddi yaşından,
Oyanardı qorxu ilə yuxudan...
Görünməz bir qüvvə hey uçurumdan,
Atardı bu qızı heç acımadan.
Bilməzdi mənası nədir yuxunun,
Yuxudan xəbəri hansı çocuğun?
Fələyin, taleyin xəbərdarlığı,
Çəkəcək əzabın ağırlıqları...
Yavaş-yavaş daha biruzə verir,
İnsanlar özünü artıq göstərir...
Uşaqlığından o qara qüvvələr,
İyrənc fikirlərlə hey onu izlər...
Bu hələ nağıldır, gələcək dəhşət,
Sıxmaz insanlığa gördüyü vəhşət.
Sadəcə diləyi təmiz sevgiydi,
Bəmbəyaz gəlinlik ilk diləyiydi.
Həyatda ən böyük səhvini etdi,
Bağlandı birinə sevgitək bildi...
Yapışdı qəlbinə sanki bir zəli,
Heyf ki bu qızı eylədi dəli.
Mürəkkəb deyildir, qara ləkələr!
Bəyaz vərəqləri indi ləkələr...
Nə zaman o görər kiçik qönçələr,
Puç olmuş arzular yadına düşər.
Çəmənlərdə bütün çiçəklət, güllər
Bülbülləriylə sevər-sevilər.
Mənim qəhrəmanım bataqlıq gülü,
Görmədi özünü sevən bülbülü.