"Birliyə Doğru" sərgi keçirəcək

5 iyun, saat 18:00-da Art Villada  "Birliyə Doğru” İctimai Birliyinin təşəbbüsü ilə 1 İyun Beynəlxaq Uşaqların müdafiəsi günü ilə əlaqədar Ə.Əzimzadə adına akademiyanın tələbəsi Orxan Əhmədovun fərdi sərgisi keçiriləcək. 

Bu barədə Qaynar.info-ya "Birliyə Doğru" İctimai Birliyindən məlumat veriblər. Sərgidə yalnız Orxanın son ildə hazırladığı işlər nümayiş olunacaq. Sərgidə incəsət adamları, rəssamlar, QHT nümayəndələri, dövlət və özəl qrumların əməkdaşları iştirak edəcək.

Layihənin rəhbəri Aynur Salmanova bildirib ki, Orxan Əhmədov 2011-cü ildə "Birliyə Doğru” İctimai Birliyinin kimsəsiz uşaqlar üçün həyata keçirdiyi rəsm kurslarına cəlb olunub: "O zaman Orxan E. Mirzəyev adına nitq qüsurlu uşaqlar üçün internat məktəbinin şagirdi idi.  

Birliyə Doğrunun rəsm kurslarını bitirdikdən sonra Əzimzadə adına Rəssamlıq Akademiyasına daxil oldu. Təşkilatımız vasitəsilə "Romantic” geyim şirkəti  artıq 2 ildir ki,  Orxanın təhsil haqqını ödəyir. 

Birliyə Doğru maddi və mənəvi cəhətdən Orxana dəstək olur, onun dünyagörüşünün artırılmasına, rəssam kimi formalaşmasını da öz üzərinə götürür.

Sərginin 1 iyul Uşaqların Müdafiəsi gününə həsr olunması da təsadüfü deyil. Sərginin məqsədi cəmiyyətin internat məktəbini bitirən uşaqlar haqqında stereotiplerin aradan qaldırılması,istedadlı gəncimizi cəmiyyətə tanıtdırmaq və bununla hər kəsin uğurlu yolu ola biləcəyini vurğulamaqdır.

Layihənin tərəfdaşları  Cross Caspian Oil and Gas Company, Romantic, Art Council, City Art Centre (rəsm dərnəyi), Od media& Productiondır".