“Böyük Vətən müharibəsi” yenidən canlanır - FOTOLAR

“Böyük Vətən müharibəsi” yenidən canlanır - FOTOLAR

Belarusun paytaxtı Minsk şəhərində yeni "Böyük Vətən Müharibəsi” muzeyi istifadəyə verilib. ANS PRESS-in məlumatına görə, 4 il ərzində tikilən muzey gözəlliyi və nadir eksponatları ilə görənləri təəccübləndirir.

Muzeyi əsl memarlıq uğuru hesqab etmək olar. Bina 2 tərəfdən nəhəng qızılı günbəzə birləşir. Günbəzin üzərində isə qırmızı bayraq şəhərin bir çox yerindən görünür. Muzey Minsk sakinləri və turistləri artıq özünə cəlb etməyə başlayıb.

Hələ tam hazır olmasa da, artıq muzey məktəblilərin sevimli məkanına çevrilib. Buradakı heykəl və nadir eksponatlar böyüklər üçün də çox maraqlıdır.

Qeyd edək ki, muzey təkcə 3300 kv.metrdə 11 ekpozisiya zalı olan, 15 min kv.m nəhəng sahəni əhatə edir. Muzeyin memarı Viktor Kramarenkodur.