
Corc Buşun xanımı və qızı kitab yazır
- 10.08.2007
- 0 Şərh
- 154 Baxış
ABŞ prezidenti Corc Buşun xanımı Laura Buş və əkiz qızlarından Jenna uşaqlar üçün kitab yazır. APA-nın məlumatına görə, “Harper Collins yayınları” tərəfindən nəşr olunacaq kitab gələn il ingilis və ispan dillərində satışa çıxarılacaq. Hələlik adı müəyyənləşdirilməyən şəkilli kitab oxumağı sevməyən, amma müəlliminin təşviqi və yardımı sayəsində elmin dərinliklərinə nüfuz edən oğlandan bəhs edir. Kitabı yazarkən Laura Buşla qızı Jennanın müəllimlik təcrübələri köməklərinə gəlib. Belə ki, Laura Buş Txasda müəıllim işləyib, Jenna isə hazırda Vaşinqtonda müəllimlik edir. Jenna Buşun SPİD xəstəliyinə yoluxmuş panamalı gənc və subay bir ananın həyatından bəhs edən kitabı isə sentyabrdan satışda olacaq.