Eldar İlqaroglu. Təzə şeirə dəstəmaz al (ŞEİR)

Eldar İlqaroglu. Təzə şeirə dəstəmaz al (ŞEİR)

Ola…

Nə planşet, nə telefon
Nə də ki, vayfayın ola…
Səssizliyin meditasyon
Hislərin "onlayın” ola…

Dadı var qışın, qarın da
Gülər üzlü nigarın da
İsti  ocaq kənarında
Kəkotulu çayın ola…

Yar başına atıbdı şal
Təbin gəlir dilinsə lal
Təzə şeirə dəstəmaz al
İlahidən payın ola …

Şükr edəsən şükrünə də
Qoy qalmasın söz sinədə.
Hər qaranlıq fikrinə də
Təzə doğan Ayın ola...

Olmaya heç dərdi-qəmin
Gözəllik yaza qələmin.
Ətrafdakı hamı sənin
dilindən arxayın ola.

17.02.2017


Redaksiyadan: Eldar İlqaroglu - 33 yaşı var, Lənkəranda müəllim işləyir. Şeir və hekayələr yazır.