
Əli Şirin Şükürlü. Şeirlər.
Poeziya
- 27.04.2009
- 0 Şərh
- 561 Baxış
yaşımın üstünə yaş gəlib
baxdım ki
ay allah əllərim
hələ də körpə qalıb
bu əllərlə... şeir yazdım
bu əllər səni oxşadı
bu əllər bir az atamın
bir az da
anamın əllərinin oxşarı
içində əyri-üyrü xətlər
içində keçmiş gələcək
qıyma əllərimə allah
deyəsən
bu körpə də öləcək
24.02.2009
nəğmə (şeir esse)
gəl sənə nəğmə oxuyum. sinəm
nəğməylə dolu. yolum milyon illərdi
qalxar enər qırılar- görmüsən də
ürək necə pıçıldar- sinisoid misallı
körpü. dənizin üstü ilə yeriyirəm
ayaqlarım dənizə həsrət
yeriyirəm üzü göy üzünə. neçə dalğalıq
yol qalar.fikir məni aparır. tutur
sentimentallığım. alıb uçursa məni
dalğalar çatarammı göy üzünə görəsən?
yeriyirəm. ətrafda zaman.zamanın içində
məkan uçan xalçatək. məkanın üstündə
adamlar:tək – tək qoşa – qoşa. daşıyar
onları keçmişə
bir qadın dayanıb üzü dənizə. çevrilir
bir anlıq. o qədər gözəl deyil.etinasız
görünməyə çalışır. gözlərindəsə
bambaşqa bir nəğmə
sıxıb sinəsinə qızı bir oğlan – söykənib
məhəccərə.saçları ilə gizləyib qız üzünü
tanınmasın deyə. sevgi oxunmur oğlanın
gözlərində.ovçu gözlərinə bənzəyir gözləri nəsə...
balıq tutur bir kişi. tamaşa eləyirəm bir az
- bir şey çıxır?
- çıxar e... bu "maçmaç – qucquc”lar qoyarsa
anlamıram doğrusu. onlardan balığa nə...
balıq uçur dənizdə. quşa dönmək istəyir
quşsa üzür səmada. balıq olmaq istəyir
bəs insan nədi allah yaratdığın məkanda
nə yaşayar dənizdə nə də uçar səmada
burada tükənir körpü.qapanır məkan
bitir yürüş trayektoriyası
burası körpü ilə sonsuzluğun vida nöqtəsi
qarşıda dəniz.ayaqlarım dənizə həsrət
və göy üzü.sonsuzluq – ümidlərin ölçüsü
dənizin üstü ilə yeriyirəm üzü şəhərə
rəngbərəng işıqlar.şütüyən avtomobillər
uca binalar...
hər şey qapalı məhdud yaraşıqlı olsa da
sanki tarıma çəkilər bütün şəhərlər
nəfəsini içində gizlər
amma hər şey hərəkətdə
sükunət halında olsa da belə
çinli fəhlələr işləyir dəniz kənarında
eybi yox qoy işləsinlər.onlar da allah
bəndəsidi.çörək pulunu burdan çıxarar
irəlidə keçmiş "lenin muzeyi”
80 – ci illərin axırı. inqilabi əhval – ruhiyyə
güclü idi o zaman. qəbul otağında
gözəl bir katibə qız. azərbaycanca pis
danışır.yaşlı bir kişi irad tutur ona
qızarır.bir söz söyləmir
insafən desək özgə dilləri bilmək
hər zaman vacib sayılıb bizə
iraqda iraqlıları fələstində fələstinliləri...
güllələyirlər qatil haramzadələr.hamısının
mayası eyni
"fələstinəm fələstinəm fələstin” söyləyir ərəbcə
fələstinli yeniyetmə qız gözləri yaşlı
"amerikan dili”ni pis bilirlər güman ki...
dənizin üstü ilə yeriyirəm üzü şəhərə
qəlbimə dəysə də bəzən sevirəm bu məmləkəti:
azərbaycanam azərbaycanam azərbaycan
son vaxtlar çox istəyirəm musiqi yazılsın
şeirlərimə - bir az kədərli
(ölkənin "şou - əhli” alimindən irəli)
gəl sənə nəğmə oxuyum.sinəm nəğməylə dolu
dənizin üstü ilə yeriyirəm üzü şəhərə
yaşamaq uğrunda mübarizə gözləyir məni
sevdiyim bu şəhərdə
arxada dəniz və göy üzü
sonsuzluq – ümidlərin ölçüsü.
... – 14.02.2009
dama – dama
masanın üstündə qeydiyyat kitabçası. vərəqləri
dama – dama. hərflər rəqəmlər sığmır damalara
xəbər verir dünəndən bu gündən sabahdan
damalar dördbucaqlı – veriblər çiyin – çiyinə
hamısı eyni ölçülü
masanın səthi. masanın üstündə vərəqlər
divarlar qapılar pəncərələr... müxtəlif
ölçülü olsalar da sığınar bir – birinə
dördbucaqlı doğmalar.zahirən bərabər
görünər bəzən əşyalar. əslində ölçülər
acizdi fərqi hesablamağa
binanın damında hayandan baxsan
dördbucaqlı görünən çənin azalar suyu
dama – dama. tərk edər evini su özünə
yer axtarar.sonra yavaş – yavaş hopar torpağa
o dumduru suyun o səfil suyun hopduğu
yerlərdə izi bir parça palçıq şəklində
qalar.çox keçməz quruyar o da
bağlı qapılar arxasında yaşanan
o gizli sevdalar o sirli sevdalar
nə oldu.o gizli sevdalardan o sirli
sevdalardan nə qaldı.azaldı bitdi
tükəndi damla – damla. bir damcı
göz yaşı qədər də izi qalmadı
yaranar yaşayar her şey eninə - uzununa
yaşayar üzü yuxarı yaşayar üzü aşağı
yaşayar bilmərik haralara daha – idrakın
gücü çatmaz əksini yaratmağa.azalar
fəqət azalar damla – damla
azalar dama – dama
hardan baxsan bir – birinə doğmalaşan
qəbirlər dördbucaqlı görünər:dama – dama
... – 24.02.09.
ali_ [email protected]
baxdım ki
ay allah əllərim
hələ də körpə qalıb
bu əllərlə... şeir yazdım
bu əllər səni oxşadı
bu əllər bir az atamın
bir az da
anamın əllərinin oxşarı
içində əyri-üyrü xətlər
içində keçmiş gələcək
qıyma əllərimə allah
deyəsən
bu körpə də öləcək
24.02.2009
nəğmə (şeir esse)
gəl sənə nəğmə oxuyum. sinəm
nəğməylə dolu. yolum milyon illərdi
qalxar enər qırılar- görmüsən də
ürək necə pıçıldar- sinisoid misallı
körpü. dənizin üstü ilə yeriyirəm
ayaqlarım dənizə həsrət
yeriyirəm üzü göy üzünə. neçə dalğalıq
yol qalar.fikir məni aparır. tutur
sentimentallığım. alıb uçursa məni
dalğalar çatarammı göy üzünə görəsən?
yeriyirəm. ətrafda zaman.zamanın içində
məkan uçan xalçatək. məkanın üstündə
adamlar:tək – tək qoşa – qoşa. daşıyar
onları keçmişə
bir qadın dayanıb üzü dənizə. çevrilir
bir anlıq. o qədər gözəl deyil.etinasız
görünməyə çalışır. gözlərindəsə
bambaşqa bir nəğmə
sıxıb sinəsinə qızı bir oğlan – söykənib
məhəccərə.saçları ilə gizləyib qız üzünü
tanınmasın deyə. sevgi oxunmur oğlanın
gözlərində.ovçu gözlərinə bənzəyir gözləri nəsə...
balıq tutur bir kişi. tamaşa eləyirəm bir az
- bir şey çıxır?
- çıxar e... bu "maçmaç – qucquc”lar qoyarsa
anlamıram doğrusu. onlardan balığa nə...
balıq uçur dənizdə. quşa dönmək istəyir
quşsa üzür səmada. balıq olmaq istəyir
bəs insan nədi allah yaratdığın məkanda
nə yaşayar dənizdə nə də uçar səmada
burada tükənir körpü.qapanır məkan
bitir yürüş trayektoriyası
burası körpü ilə sonsuzluğun vida nöqtəsi
qarşıda dəniz.ayaqlarım dənizə həsrət
və göy üzü.sonsuzluq – ümidlərin ölçüsü
dənizin üstü ilə yeriyirəm üzü şəhərə
rəngbərəng işıqlar.şütüyən avtomobillər
uca binalar...
hər şey qapalı məhdud yaraşıqlı olsa da
sanki tarıma çəkilər bütün şəhərlər
nəfəsini içində gizlər
amma hər şey hərəkətdə
sükunət halında olsa da belə
çinli fəhlələr işləyir dəniz kənarında
eybi yox qoy işləsinlər.onlar da allah
bəndəsidi.çörək pulunu burdan çıxarar
irəlidə keçmiş "lenin muzeyi”
80 – ci illərin axırı. inqilabi əhval – ruhiyyə
güclü idi o zaman. qəbul otağında
gözəl bir katibə qız. azərbaycanca pis
danışır.yaşlı bir kişi irad tutur ona
qızarır.bir söz söyləmir
insafən desək özgə dilləri bilmək
hər zaman vacib sayılıb bizə
iraqda iraqlıları fələstində fələstinliləri...
güllələyirlər qatil haramzadələr.hamısının
mayası eyni
"fələstinəm fələstinəm fələstin” söyləyir ərəbcə
fələstinli yeniyetmə qız gözləri yaşlı
"amerikan dili”ni pis bilirlər güman ki...
dənizin üstü ilə yeriyirəm üzü şəhərə
qəlbimə dəysə də bəzən sevirəm bu məmləkəti:
azərbaycanam azərbaycanam azərbaycan
son vaxtlar çox istəyirəm musiqi yazılsın
şeirlərimə - bir az kədərli
(ölkənin "şou - əhli” alimindən irəli)
gəl sənə nəğmə oxuyum.sinəm nəğməylə dolu
dənizin üstü ilə yeriyirəm üzü şəhərə
yaşamaq uğrunda mübarizə gözləyir məni
sevdiyim bu şəhərdə
arxada dəniz və göy üzü
sonsuzluq – ümidlərin ölçüsü.
... – 14.02.2009
dama – dama
masanın üstündə qeydiyyat kitabçası. vərəqləri
dama – dama. hərflər rəqəmlər sığmır damalara
xəbər verir dünəndən bu gündən sabahdan
damalar dördbucaqlı – veriblər çiyin – çiyinə
hamısı eyni ölçülü
masanın səthi. masanın üstündə vərəqlər
divarlar qapılar pəncərələr... müxtəlif
ölçülü olsalar da sığınar bir – birinə
dördbucaqlı doğmalar.zahirən bərabər
görünər bəzən əşyalar. əslində ölçülər
acizdi fərqi hesablamağa
binanın damında hayandan baxsan
dördbucaqlı görünən çənin azalar suyu
dama – dama. tərk edər evini su özünə
yer axtarar.sonra yavaş – yavaş hopar torpağa
o dumduru suyun o səfil suyun hopduğu
yerlərdə izi bir parça palçıq şəklində
qalar.çox keçməz quruyar o da
bağlı qapılar arxasında yaşanan
o gizli sevdalar o sirli sevdalar
nə oldu.o gizli sevdalardan o sirli
sevdalardan nə qaldı.azaldı bitdi
tükəndi damla – damla. bir damcı
göz yaşı qədər də izi qalmadı
yaranar yaşayar her şey eninə - uzununa
yaşayar üzü yuxarı yaşayar üzü aşağı
yaşayar bilmərik haralara daha – idrakın
gücü çatmaz əksini yaratmağa.azalar
fəqət azalar damla – damla
azalar dama – dama
hardan baxsan bir – birinə doğmalaşan
qəbirlər dördbucaqlı görünər:dama – dama
... – 24.02.09.
ali_ [email protected]