Elvin Nihan - İstəklərim silinib həyatdan

Elvin Nihan - İstəklərim silinib həyatdan

 

 

İstəklərim silinib həyatdan,qəlbim nakam olur
Ümidlər məhv olub,sanki əriyib şam olur

Vaxt var idi,aydın səhər idi qəlbimdə günəş tək
İndi isə gözüm kordu,səhərimdə axşam olur

Fələk hər oyunda tələ qurub,məni üstələyir
Hər atdığım atdımda,sanki fələkdən dam olur

Aşiqin gördüyü günlər zülməti zindandı
O zindandan çıxış yoluda,təkcə edam olur

Qəlbim sınıb daha,günü gündən dərd təzələr
Qəlbimdə sınan kimi,tör töküntü cam olur

Aşiqəm gecə gündüz qan ağlaram
Qanımda eşq içrə badeyi cam olur

Fəqət fələk eşqi fərmanın sərvəridir
Nihan ise həmin fərmanda,edam olur