Ən yaxşı filmlərin siyahısı açıqlandı

Ən yaxşı filmlərin siyahısı açıqlandı

Los-Anceles şəhərində Yayım Teleşirkətlərinin Kino Tənqidçiləri Assosiasiyasının (“Broadcast Film Critics Association”- BFCA) təşkilatçılığı ilə XIII “Tənqidçilərin seçimi” mükafatının təqdimetmə mərasimi keçirilib. 2007-ci ilin ən yaxşı filmi nominasiyasında birinci yerə “Qocalara burada yer yoxdur” (“No Country for Old Men”) filmi layiq görülüb. İlin ən yaxşı aktyoru “Və qan olacaq” (“There Will Be Blood”) filmindəki roluna görə Deniel-Dey Luis, ən yaxşı aktrisası “Ondan uzaqda” (“Away From Her”) filmindəki roluna görə Culi Kristi seçilib. 2007-ci ildə ən yaxşı rejissor nominasıyasında “Qocaların burada yeri yoxdur” filminin rejissorları Joel Koen və Ethan Koen, ən yaxşı ssenarist nominasiyasında “Juno” filminin ssenari müəllifi Diablo Kodi, ən yaxşı bəstəkar nominasiyasında “Və qan olacaq” filminin bəstəkarı Jonni Qrinvud birinci yerə layiq görülüblər. Ötən ilin ən yaxşı sənədli filmi rejissor Maykl Murun “Səhiyyə” sənədli filmi, ən yaxşı cizgi filmi isə “Ratatuy” cizgi filmi seçilib.
Qeyd edək ki, bu mükafat 1995-ci ildə təsis edilib. // APA