"Hazırda ciddi müsiqiçi çətin ki xalq artisti ola bilsin"
MUSİQİ
- 14.04.2009
- 0 Şərh
- 611 Baxış
Salman Qəmbərov: "İntellektin yoxdursa, caza nə dinləyici, nə də ifaçı kimi əlin çata bilməz"
Bəstəkar və pianoçunun 50 yaşı tamam olur
“Məktəb tənəffüslərində 14-15 yaşlı oğlanın piano arxasında nələr yaratdığını dinləmək xüsusi bir zövq verirdi, o, bu səs-küylü və xoşbəxt prosesə bütün sinif yoldaşlarını cəlb edirdi. Həm də caz təkcə bizim sinifdən eşidilmirdi, siniflər arasında bir növ “gizli” yarışma var idi və bizim ürəyimiz sakit idi – biz irəlidəyik, çünki bizim Salmanımız var!
İndi – Bakıya xaricdən caz musiqiçilərinin gəldiyi və onlarla cem-seyşn keçirmək imkanı olduğu bir vaxtda da təxminən eyni sakitlik və əminlik hissim var. Ağlıma gələn ilk şey odur ki, təlaşlanmamaq olar, bizim Salmanımız var”! Bu sözlər onun sinif yoldaşı və dostu Cahangir Səlimxanova aiddir.
Bu gün onları çox adam təkrar edə bilər…
- Musiqi ictimayyətin böyük hissəsi – tənqidçilər, ekspertlər və musiqiçilər özləri Sizi Azərbaycanın aparıcı caz ifaçısı sayır. Buna necə münasibət bəsləyirsiniz?
- Allaha şükür, musiqi idman deyil ki, cazın ətrafında da bir çox təsadüfi insanlar dolaşsın. Burada hər şey başqa cürdür və ilk öncə zövqə əsaslanır. Konservatoriyamızda aldığım kifayət qədər yüksək təhsil mənim musiqidə prioritetlərimi formalaşdırdı. Baxa qədərki dövrdən başlayaraq musiqini öyrənərək, harmoniyanin inkişafı prinsipini təhlil edərək, bu barədə danışmaq haqqım oldugunu düşünürəm.
Hesab edirəm ki, caz musiqiçisi nəinki cazı başqa musiqini də dinləməlidir. Təəssüf ki, bizim ölkəmizdə belə bir tendensiya müşahidə olunur. Bu gün musiqi o qədər inkişaf edib ki, bəzən caz və digər musiqilər arasında sərhəd çəkmək çətindir, amma Avropa musiqiçiləri bunda çox yüksək peşəkarlıq səviyyəsinə çatıblar. Onlar agah olublar ki, Amerika cazını təbii şəkildə amerikalıların özlərindən yaxşı heç kim çala bilməz və başqaları klassik caza riayət etməməlidirlər. Bu, muğam kimidir, onu hər yerdə ifa edə bilərlər, amma bizdən yaxşı bunu heç kim etməyəcək. Amerika cazı əsasdır – invariantdır, qalan hər şey isə törəmə.
Və eynilə bu şəkildə 600 il ərzində akademik musiqi formalaşıb, caz musiqisi dəyişikliklərə məruz qalıb, doğrudur, bu yol bir qədər qısa olub.
- Caz musiqiçisinin digər ifaçılardan fərqi nədədir və cazda hansısa texniki rekordlar var?
- Caz ifaçısının əsas xüsusiyyəti - özünəməxsusluğu və bu musiqiyə yeni calarlar gətirməsidir. Əgər texniki tərəfindən danışsaq, onda, yəqin ki, Oskar Pitersonun adını çəkmək olar. O, ümumiyyətlə, çox sürətli ifaya üstünlük verən musiqiçidir. Əslində isə ciddi musiqiçi belə şeylərin dalınca qaçmır. Sürət və texniki göstəricilər idmançıların işidir. Buna Telonius Monk misal ola bilər, o, əyri-üyrü barmaqları ilə çalırdı, amma indiyə qədər onun üslubu tanınır, bəziləri hətta onun harmoniyalarından istifadə edir. Xüsusi üsullara gəlincə, caz musiqiçisi melodiyada 10-12 xüsusi not tapsa və sonradan onları sintez etsə, onun öz üslubu olması üçün bu, kifayətdir. Amma inanın, sənə qədər cazda heç kimin istifadə etmədiyi kəşflər etmək çox çətindir! Belə eksklyuziv, firma nişanlarına Herbi Henkok, Çik Koria, Kit Carret, Bred Meldau, əlbəttə ki, Mayls Devis və Bill Evans malikdirlər.
- Siz, demək olar ki, Azərbaycan cazının ağsaqqalı sayılırsınız, caz klassikinin yükü Sizə mane olmur, hərdən şıltaqlıq etmək istəyi olmur ki?
- Ağsaqqal olmaq istəmirəm, istəmirəm! Klassik isə məni ona görə adlandırmaq olar ki, çox tez-tez yaradıcılığımda klassik musiqiyə müraciət edirəm. Mən disklərin sayını artırmaq dalınca qaçmıram. Bəzi layihələrimi qismən həyata keçirməyə nail olmuşam, amma elə şeylər var ki, onları CD-yə yazmaq istərdim. Həm də mən elə həmişə şıltaqlıq edirəm! Xalq alətlərini caza təkçə ekzotika olsun deyə cəlb etməmişəm, onları xəlqi deyil, başqa cür səslənməyə məcbur etməklə məhz şıltaqlıq etmişəm.
Opera müğənnisi Fəridə Məmmədova ilə layihə hazırladıq, burada Şubert, Brams, Malerin musiqiləri elə onların vətənində səslənirdi. Almaniyada bizi necə qarşıladıqlarını nəzərə alsaq, şıltaqlıqımız əməlli-başlı alındı ki, buna da hədsiz dərəcədə sevinirdik. Çox ümid edirəm ki, hələ irəlidə də şıltaqlıqlarım olacaq.
Yaradıcılığımı daha tez-tez burada nümayiş etdirmək istərdim, amma, təəssüf ki, yer azdır, “Karvan” caz klubu bağlandı, Caz Mərkəzi profilini nisbətən dəyişir. Heç də hər bir musiqiçi təzyiqə dözə, kütlənin istəyinə tabe olmaya, onların sifariş etdiyini çalmaya bilməz…
Tarixdə artıq belə proseslər olub… 20-30-cu illərdə Amerikada caz əyləncə funksiyasını yerinə yetirirdi və yalnız 40-cı illərin sonlarında çıxışları zamanı “xahiş edirik, rəqs etməyəsiniz, biz ifa edirik ki, bizi dinləsinlər” tabloları asan musiqiçilər meydana çıxdı.
Bizdə də eləcə, musiqi vasitəsilə itirdiyimiz cəmiyyəti bərpa etmək, qaytarmaq üçün çox vaxt lazımdır. Diqqət yetirin, ciddi musiqi heç kimə lazım deyil, klassikanı dinləmirlərsə, deməli, cazı da dinləməyəcəklər. Hətta radiostansiyalarda tez-tez tam da caz olmayan musiqi məşhurlaşır. Məsələn, Eyyub Yaqubovun "bossa-nova" üslubundakı mahnısı - mənim bu müğənniyə qarşı heç bir iradım yoxdur, - caz radiosunda yayımlanır, bir halda ki, onun caza heç bir aidiyyatı yoxdur və belə misallar çoxdur.
Buna görə mən bütün üslubların arasında sərhəd saxlamağın və kütlənin zövqünə uyğunlaşmamağın tərəfdarıyam. Yeri gəlmişkən, iş təkcə cazda deyil, estradamızda nələr baş verdiyinə baxın. Müasir Azərbaycan estradasının son dalğası bəstəkar Vaqif Gərayzadənin mahnıları ilə kifayət qədər maraqlı başladı. Bu gün isə “onun əlinin altından çıxanlar” heç bir yerə sığmayan mahnılar ifa edirlər, biabırçı musiqi alyansları yaradırlar. Bir şey sevindirir ki, heç olmasa caz musiqisinin intellektə əsaslanan çox güclü özünümüdafiəsi var. İntellektin yoxdursa, caza nə dinləyici, nə də ifaçı kimi əlin çata bilməz.
- Musiqi ifa etməyəndə və bəstələməyəndə – onu sadəcə dinləyəndə nə hiss edirsiniz?
- Mənim üçün ciddi caz musiqisini, eləcə də akademik musiqini dinləmək daha çox işdir, nəinki istirahət. Mən eşitdiyimin təhlili, həzmi ilə məşğul oluram, bəstəkarın diqqəti necə saxladığını, formanı necə dramaturji qurduğunu və s. tutmağa çalışıram.
- Bəs Siz nə vaxt istirahət edirsiniz?
- İfa edəndə. Mən ümumiyyətlə, xoşbəxt insanam - məşğul olduğum işdən zövq alıram.
- İndi cazda nağaradan çox sıx istifadə olunur, başqa alətlərdən necə? Universal ifaçı və bəstəkar kimi ürəyinizə ən çox yatan nədir?
- 1999-cu ildə bizim "East to West" layihəmiz var idi, burada ilk dəfə cazda nağara, royal və vokal ifa ilə birlikdə səslənib. Sonradan “Lətif” səssiz filmi üçün illyustrasiyada da nağara, kamança və royaldan istifadə etmişəm. İstənilən xalq çalğı alətini cazla uyğunlaşdırmaq olar, layihənin ideyasından asılıdır, ona hazırlıq dövründə başda çox böyük seleksion iş aparılır. Belə layihələrin əsas şərti xalq çalğı aləti ifaçısının qarşısına qoyulan vəzifədir, bu zaman artıq məşhurlaşmış adlara güvənmək düzgün deyil. Opera müğənniləri – Qasımova bacıları ilə də işləmişəm, Aygün Bəylər, Aygün Bayramova, Sevda Ələkbərzadə, çox gözəl opera müğənnisi Fəridə Məmmədova ilə də işləmişəm. Onlardan heç biri caz ifaçısı deyil, amma onların hamısı ilə məhz caz layihələri işləmişəm. Yeni özünüifadə formaları və qeyri-standart yollar tapmaqdan həzz alıram!
- Sizi əməkdar və xalq artistlərinin sayının belə çox olması qorxutmur ki?
- Hesab edirəm ki, bizdə - Azərbaycanda ad alan hamı bunu tam layiqli olaraq alır, çünki xalq onları sevir, xalq hansısa ulduzun həyatı ilə bağlı olan hər şeylə maraqlanır. Və hazırda ciddi musiqiçi, çətin ki, xalq artisti ola bilər.
Bizdə toy infrastrukturu çox gözəl inkişaf edib: bir ordu müğənni, prodüsser, restoran və şadlıq evi var. Nəyə görə? Çünki tələbat var. Bakıda cəmləşmiş kənd əhalisi ümumiyyətlə həmişə keyfiyyətsiz musiqi eşidib, paytaxta köçəndən sonra isə onların şüurunda heç nə dəyişməyib. Və nə vaxtsa belə mahnılar ifa etmiş müğənnilər bu gün tələbat olan bu mahnıları ifa etməlidilər ki, pul qazansınlar. Lazımi insanlar isə bunlari çox incəliklə və vaxtında seziblər. Əlbəttə ki, ciddi musiqi sahəsində belə bir şey mümkün deyil.
- İndi Azərbaycanın caz həyatında nələr baş verir?
- 1997-ci ildə BBC-də 15 dəqiqəlik “Azərbaycan cazının ikinci dalğası” adlı veriliş efirə çıxanda biz bununla hədsiz dərəcədə fəxr edirdik, çünki ikinci dalğa məhz Bakı cazını durğunluq vəziyyətindən çıxaran bizim nəsildir. Biz çətin yol keçmişik, başa düşürsünüz, 90-cı illər çox mürəkkəb dövr idi… Əvvəlcə “Universal” klubunu yaratdıq, sonra Mahnı Teatrında BP-nin dəstəyi ilə Rafiq Babayevin xatirəsinə həsr edilmiş caz axşamları təşkil etməyə başladıq, bu konsertlərdə Rusiya və digər ölkələrdən musiqiçilər iştirak edirdilər. Mən özüm kiçik oğlumla birlikdə maşınla şəhəri gəzirdim və afişaları yapışdırırdım! Belə şeylər də olub… Daha bir əhəmiyyətli hadisə “Karvan” klubunun, sonra da Caz Mərkəzinin açılması idi. Və nəhayət, Bakıda birinci caz festivalı. Təəssüf ki, indi biz Azərbaycanın musiqi həyatında kifayət qədər sürətli geriləmə müşahdiə edirik. “Karvan” caz klubu bağlandı, onun sadəcə profilini dəyişdilər. İndiyədək bu mənə ağır gəlir, çünki daimi dinləyicilərimlə ünsiyyət imkanımı itirdim. Mən bu çatışmazlığı daim hiss edirəm.
Və bir də, festivalı kimin keçirməsi çox da vacib deyil, fakt budur ki, bizim hər il dünyanın müxtəlif ölkələrindən caz ifaçılarını dinləmək imkanımız var idi. Keçən il isə bir çox səbəblərə görə caz festivalı keçirilmədi və bu çox həyəcanlı siqnaldır. Ümid etmək istərdim ki, bu, təsadüfi uğursuzluq idi. Baxmayaraq ki, burada da tamaşaçıların "tusovkalılığı" müşahidə olunurdu. Məsələn, son cem-seyşnlərdə hiss etdim ki, mənim ifam bir az içkili publika üçün sadəcə olaraq yaxşı fondur. Caz musiqisi, əlbəttə ki, opera deyil ki, onu tam sakitlikdə dinləyəsən, amma o, dinləyici ilə ünsiyyəti, onun iştirakını və reaksiyasını tələb edir. Səs-küy olanda isə hiss etdiyini dinləyiciyə çatdırmaq çətindir. Elə bu yaxınlarda Tallindən bir qrup bizdə qastrol səfərində idi – istedadlı musiqiçilər, keyfiyyətli ifa… Bu zaman hansısa məzmunsuz bir musiqi dinləyiciləri maraqlandırdı və tallinlilər burada təəccübləndilər: “Demək, siz disko istəyirsiniz”? Mənə bunu görmək və eşitmək heç də xoş deyildi.
Buna görə sərbəst girişdən imtina etmək lazımdır, bilet satmaq lazımdır ki, təsadüfü insanların bu kimi konsertlərə düşməsini heç olmasa bir az məhdudlaşdırmaq mümkün olsun. Caz dinləməyə gəlirsənsə, ən azı ona hörmət etməlisən.
- Bir qədər mövzudan kənar, amma Sizinlə birbaşa əlaqəsi olan bir sual – bir çox konsert zalları, xüsusən onların akustikası çox pis vəziyyətdədir. Cazı harada dinləmək daha yaxşıdır?
- Tədbir təşkilatçıları, bir qayda olaraq, bunun hansı musiqi olacağını əvvəlcədən bilmirlər. Bizdə, əlbəttə ki, seçim azdır, amma, məsələn, Filarmoniyada yalnız akustik caz musiqisi səslənə bilər. Bütün bunlarda əsas rol isə peşəkar səs rejissorunun üzərinə düşür. Səs qüsursuz tənzimlənibsə, bu, uğurun yarısından çoxu deməkdir. Məhz bununla bağlı böyük problemlərimiz var, amma istənilən halda, müəyyən musiqi üçün müvafiq zal lazımdır.
- Siz Musiqi Akademiyasında caz musiqisi axşamları keçirmisiniz…
- Bəli, təşəbbüskarı mərhum pianoçu Rafiq Quliyev idi, o, həmin vaxt Unocal şirkəti ilə əməkdaşlıq edirdi. Elə bu şirkət həmin görüşlərin sponsoru idi. Mən tamaşaçılarla dolu olan iki konsertdə ifa etmək xoşbəxtliyinə nail oldum. İndi, təəssüf ki, Rafiq Quliyev də yoxdur, belə təkliflər də. Hələ deyirlər ki, əvəzedilməz insanlar olmur…
- Sovet dövründə cazı azad musiqi kimi qadağan edirdilər, bizim cəmiyyətimizlə caz bir-biri ilə uzlaşırmı?
- Prinsipcə, təşviqat kontekstində caz musiqisi tamamilə mənasızdır. Caz özünü ləkələməmiş, təmiz bir incəsənətdir. Əgər bəzi rəssamlar, yazıçılar, şairlər, müğənnilər, bəstəkarlar kiminsə maraqlarına xidmət edirdilərsə, caz musiqisi nə Amerikada, nə də başqa heç yerdə heç kimə xidmət etməyib.
- Siz daha çox bəstəkarsınız, yoxsa musiqiçi?
- Caz musiqisinin hər bir notu bəstədir. İmprovizasiya edəndə bir saniyə də bəstəkarlıqdan uzaqlaşmırsan. Cazda müəyyən dramaturji nöqtə qeydə alınır, amma ona gedən yollar həmişə müxtəlifdir. Studiya yazısı konsertlərdə ifa etdiyi musiqi ilə eyni olan musiqiçi caz ifaçısı kimi onunla bağlı şübhələrə səbəb olur. İmprovizasiya şahmat oyunu kimidir, qarşıda milyonlarla variant və onlardan ən yaxşısını seçmək vəzifəsi var.
Samirə Nəcəf // Contact