İsmayıl bəy Qutqaşınlı ilə bağlı sayt yaradıldı

İsmayıl bəy Qutqaşınlı ilə bağlı sayt yaradıldı

Qəbələdə "İsmayıl Bəy Qutqaşınlıya həsr olunmuş veb portalın təqdimat mərasimi olub.

Kult.Az-ın verdiyi məlumata görə, layihə Prezident Yanında Gənclər Fondunun maliyyə, Sağlam Həyat Uğrunda İctimi Birliyinin təşkilati dəstəyi ilə baş tutub.
Tədbirdə Bahadur İbrahimli görkəmli hərbiçi  ictimai-maarifçi xadim İsmayıl bəy Qutqaşınlının həyatı, hərb illəri və ədəbi yaradıcılığı barədə məlumat vermişdir.
İstifadəçilər "qutqashinli.az” saytına daxil olmaqla görkəmli hərbiçi  ictimai-maarifçi xadim İsmayıl bəy Qutqaşınlı haqqında 3 dildə, azərbaycanca, rusca və ingiliscə məlumat ala bilərlər.

Ev muzeyi bölməsinə daxil olmaqla İsmayıl bəyə aid əşya və sənədlərin şəkilləri ilə tanış ola bilərlər. Eyni zamanda portala daxil olmaqla "Rəşid bəy və Səadət xanım” əsəri yükləyə və online oxuya bilərlər.