Nuşirəvan Məhərrəmlidən telekanallara müjdə

Nuşirəvan Məhərrəmlidən telekanallara müjdə



“Azərbaycanda sovet dövründə və müstəqillik illərində çəkilmiş bədii filmlərin qiymətləndirilməsinə yenidən baxılmalıdır.



Bu filmlərin ekranda az görünməsi narahatedici faktdır”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

MTRŞ sədri bu məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə və Müəllif Hüquqları Agentliyinə məktubla müraciət etdiklərini



bildirib: “Qəbul edə bilmərik ki, büdcədən ayrılmış vəsait hesabına çəkilmiş filmlərin hər saatına 60-70 manat ödənilsin. Bu, həddindən artıq yüksək qiymətdir. Bu filmlərə qoyulan qiymət o filmlərin saxlanmasına və yenilənməsinə sərf olunmalıdır ki, bunun üçün də 10-20 manat kifayət edir. Bəzi televiziya şirkətləri şikayətlənirlər ki, yalnız bayram günlərində milli filmləri nümayiş etdirə



bilirlər. Bu məsələni yenidən gündəmə gətiririk ki, qiymətləndirmə real olsun və kanallar o filmləri tez-tez göstərə bilsin. Həmin filmlər dövlət mülkiyyəti sayılır. Amma o zaman “Azərbaycanfilm” kinostudiyası bu filmləri çəkəndən sonra onun mülkiyyət hüququnu əldə edib. Hansı əsaslarla, bəlli deyil. Təbii ki, mülkiyyət hüququ Mədəniyyət və Turizm Nazirliyində olmalıdır”.