Orxan Baxşıyev - Köhnə Bakı

Orxan Baxşıyev - Köhnə Bakı

Söz yox ki, Bakının ən gözəl binalarından biri də, içərisində General Tomson, Nərimanov və MirCəfər Bağırovun yaşadığı və memar Der Nonnenin heç o evdə 1 gün də yaşamayan Debur üçün tikdirdiyi malikanədir..Malikanənin olduğu torpağı isə Tağıyev hərracda 16.150 rubl ilə erməni Avetis Ukasovdan qabağa düşərək alıb...Nərimanov hələ Moskvada işləməmişə qədər bu evdə namaz otağı var imiş və sovetlərin sonrakı anti-din siyasətindən sonra otağın statusu dəyişdirilir və tavandakı "La İlahə İlləllah" sözü də silinir...38-ci ildə Salamzadə Teymur Quliyevə təklif verir ki,İncəsənət Muzeyinin(o vaxtı Tağıyevin mülkündə yerləşirdi )sahəsi balacadır,bizə yer ayır..bu iş yalnız 1951-ci ildə Bağırovun öz yaşadığı evi Kazım Kazımzadəyə təklif etməsindən sonra hazırki Milli İncəsənət Muzeyinə çevrilir... Deyilənlərə görə, Filarmoniya tikilən zaman De Bur binanın memarı Ter-Mikelova rüşvət verir ki,yay səhnəsi düz onun mülkünə baxsın... Və şəkildən də aydın olur ki,bu plan işə yarayıb.... Çünki memarlıq qaydalarına görə,səhnə giriş qapısı ilə üzbəüz olmalıdır.. Şəkildən isə bunun perpendikulyar olduğu görünür.. Öz ailəsi ilə evinin mülkündən Filarmoniyanın yay səhnəsində konsertə baxmaq De Bura qismət olmur..


Orxan Baxşıyev