
Qənimət Zahid, Şeirlər
- 17.11.2007
- 0 Şərh
- 573 Baxış
Gərək gördüyünü görk eyləyəsən,
Gərək görəsən ki, görk eyləyəsən.
Yığıb belə ömrün əlin-ayağın
Sonra bir xoruza yük eyləyəsən.
Ölkələr çürüyür,
Dənizlər ölür -
Deşik-deşik olmuş
səma boyunca
Didərgin bir allah
balası gülür.
Hələ saqqalı yox, sözü ötüşə,
Hələ cəbhəsi yox, girə döyüşə,
Ölmüş allahların cəsədi üstə
Didərgin bir allah balası gülür.
Dünya yas içində kefdədi, vallah!
Ölənə gülürlər, gülüb ölürlər.
Torpağın yasına yerdə gülüşüb,
Göylərin yasına göydə gülürlər.
Dönəcək dünyanın tufan həvəsi,
Dönəcək yenə də Nuhun gəmisi.
Bir allah qalacaq,
bir insan,
bir Nuh.
Bir də
dünya boyu ağlaşma səsi.
***
Bütün ağıllılar dəli olası,
Özü öz kökünə balta çalası,
Dünyanın bu ağıl bataqlığına
Bütün dəlilər də gəmi salası...
Hələ sonumuza çox qalıb, qardaş,
Qırılıb-qırılıb qurtarmamışıq.
Biz bu gün min illik yuxu nəhrinin
Sahilləri boyu lövbər salmışıq.
Hələ sonumuza çox qalıb, qardaş,
Ölüb qurtarmaq da hünər istəyir.
Bir ilgək tapmısan, sal boğazına,
Əldə saxlamağa təpər istəyir...
***
Oturub ölülüər şəhərindəcə
Oturub ölülər təhərindəcə
Ölü şəhərinin səhərinəcən
Bu adam ağlayır,
eşidən yoxmu?
Şəhər itib-batıb kefin içində
Zurnanın içində, dəfin içində
Zurnalar fülənir... köynəyindəcə
Tanrı, qadan alım, barı sən eşit
Bu adam ağlayır, kirimir axı!..
Ölülər nə bilir kiritmək nədi
Onların verimi dərddi, qəhərdi
Tanrım, bu nə gündü, bu nə saatdı,
Dirilər hamısı ağlaşmadadı.
Hər ölü ağrısı, ölüm acısı,
Diri acısıyla uyuşmadadı
Dirilər ağlaşır ölənlər üçün
Ölənlər
Yer üstə boğuşmadadı.
Hamısı çiçəkli yer arzulayır
Hamısı gərəkli yer arzulayır
Durub bu adamı kiridən yoxdu.
***
Bizim içimizi yandıran ağrı
Kiminsə köksündə fərəhə dönür.
Hərə bir ağrıdan gəlir dünyaya,
Hərə bir həvəsin ucundan ölür.
Məni yaşadanı mən öldürürəm
Səni öldürəni sən yaşadırsan.
Gülsən, gülüşündən asarlar
səni,
Ağlasan, boğarlar göz yaşındaca,
Qalıb öz dərdimin yaddaşındaca
Mən nə güləsi yəm, nə ağlayası.
Hələ əl yetməyən bir təmizlikdən
Bircə söz gəzirəm,
Qonub dilimin
altını-üstünü acılayası,
Özüm öz köksümdə fərəhə dönüb
Kiminsə içini yandıranadək
Sıxıb gülüşümü, göz yaşlarımı
Dilimin altında saxlayacağam
Sonra gözlərimi göz yaşlarımda
İsladıb-isladıb qurudacağam.
Sonra sifətimi bir təbəssümün
Süzgəcinə salıb duruldacağam
Vallah, deməyə də qorxuram hələ,
Amma qorxmadığım bir gün gələndə
Qorxa bilmədiyim qorxusuz gündən
Bir ömrə yerləşən inam qoparıb
Məndən şübhələnən dəli sevginin
Gözünə, sözünə axıdacağam.
O günün açmamış o səhərindən
Ağıllı-başlı bir sevgi qoparıb
O qızın köksünə axıdacağam
Mənim qorxmadığım o gün gələcək
İçimdə ağrıdan qorxmayacağam,
Oturub, doyunca ağlayacağam.
***
Bəlkə şairlərin fəlsəfəsindən
Bəlkə nadanların səfsəfəsindən
Bəlkə cəbhələrin vəlvələsindən
Bir gün qopa bildim, ayrıla bildim.
Bir sınıq ürəyin fərəhi üstə
Bəlkə bu dünyaya qayıda bildim.
Bəlkə ölüm məni yaxalamamış
Ruhumu bir ağı sığallamamış
Dünyanı qiyamət çalxalamamış
Kəsilmiş bir ağac kötüyü üstə
Bəlkə bu dünyaya qayıda bildim.
Bəlkə sevgi məni qul eləyəcək
Bəlkə arzu məni yol eləyəcək
Bəlkə sevinc məni lal eləyəcək,
Yalan kəlmələrdən yuyuna bildim
Günahsız bir dilin deməyi üstə
Bəlkə bu dünyaya qayıda bildim.
İsrafil surunu çalası günü
Qurdun qiyamətə qalası günü
Dünyanı günahkar alası günü
Bləkə bir ağ nura boyana bildim
Sonra da allahın köməyi üstə
Bəlkə bu dünyaya qayıda bildim.
Götürüb dünyanın tərəzisini
Çəkib haqq-hesaba mərəkəsini
Öldürüb günahkar məleykəsini
Bütün günahların meyiti üstə
Bəlkə bu dünyaya qayıda bildim.
***
Bu dünyanın o üzündən
gecəsindən gündüzünə
hədd olmayan
bir aləmin,
Gecəsi dönməyən yerin,
Gündüzü sönməyən yerin
Səadəti səslər məni.
Al-qırmızı yuxulardan,
Mürgüləyən qorxulardan,
Təbiətin yorğun vaxtı
İtib gedən qoxulardan
bezar oldum.
«Həyat» deyən nağılların,
Ömür boyü ömrümüzə
Ərk eyləyən nağılların
Səadəti səslər məni...
Ehey!.. Göyün adamları,
bu dünyanın allahları,
İnam verin mənə, inam,
Çəkə bilm yöndəminə
Azıb qalmış yollarını,
Bezib qalmış yollarını
Bu dünyanın.
Bir silsilə keçib gedir –
Hərə bir can içib gedir,
Ulduzların nuru çökmüş bulaqlardan,
Bu dağlardan
Səadətin yolu keçir.
Səadətin yolçuları içib gedir
Bu bağların qüdrətini,
verin mənə şimşəklərin
sürətini.
Keçəcəyəm
bu yolları.
Ehey!.. göyün adamları!
Sizin göyün
Bizim yerin
Yerli-göylü ömürlərin
Səadəti səslər məni.
2 noyabr 1988-ci il
***
Qəbrimizdə can yeri var,
Yolumuzda qan yeri var,
Baxtımızda dan yeri var –
Tut işığı, yürü, qardaş.
Kündən yox – kütə gedəsi,
Kimdi haqq-hesab çəkəsi,
Yan-yörən ölüm tələsi –
Tut işığı, yürü, qardaş.
Aç boynunun buruğunu,
Al dizinin yoruğunu,
İçmə bu qəm tuluğunu –
Tut işığı, yürü, qardaş.
Torpağa dişlərin batmaz,
Tanrıya təpiyin çatmaz,
Qaraçuxan səni satmaz –
Tut işığı, yürü, qardaş.
Üzündən ağrı qoxuyur,
Tale sənə nə toxuyur?..
Qaranlığı tutmaq olmur –
Tut işığı, yürü, qardaş.
11 aprel 1989
***
Neçəsinə paxıllandıq,
Nağıl deyib nağıllandıq.
Vaxt yetişdi, ağıllandıq,
Dilimizdən dara düşdük.
Bu da bir qan bahasıydı,
Bahasında batasıydı.
Lap əlimiz çatasıydı,
Əlimizdən dara düşdük.
Yığıldıq bir dərd içinə,
Qaldıq əcəb girinc günə.
Dirilərin nə vecinə,
Ölümüzdən dara düşdük.
"Kultaz"dan: Müəllif şeirləri tələbəlik illərində qələmə alıb.
Gərək görəsən ki, görk eyləyəsən.
Yığıb belə ömrün əlin-ayağın
Sonra bir xoruza yük eyləyəsən.
Ölkələr çürüyür,
Dənizlər ölür -
Deşik-deşik olmuş
səma boyunca
Didərgin bir allah
balası gülür.
Hələ saqqalı yox, sözü ötüşə,
Hələ cəbhəsi yox, girə döyüşə,
Ölmüş allahların cəsədi üstə
Didərgin bir allah balası gülür.
Dünya yas içində kefdədi, vallah!
Ölənə gülürlər, gülüb ölürlər.
Torpağın yasına yerdə gülüşüb,
Göylərin yasına göydə gülürlər.
Dönəcək dünyanın tufan həvəsi,
Dönəcək yenə də Nuhun gəmisi.
Bir allah qalacaq,
bir insan,
bir Nuh.
Bir də
dünya boyu ağlaşma səsi.
***
Bütün ağıllılar dəli olası,
Özü öz kökünə balta çalası,
Dünyanın bu ağıl bataqlığına
Bütün dəlilər də gəmi salası...
Hələ sonumuza çox qalıb, qardaş,
Qırılıb-qırılıb qurtarmamışıq.
Biz bu gün min illik yuxu nəhrinin
Sahilləri boyu lövbər salmışıq.
Hələ sonumuza çox qalıb, qardaş,
Ölüb qurtarmaq da hünər istəyir.
Bir ilgək tapmısan, sal boğazına,
Əldə saxlamağa təpər istəyir...
***
Oturub ölülüər şəhərindəcə
Oturub ölülər təhərindəcə
Ölü şəhərinin səhərinəcən
Bu adam ağlayır,
eşidən yoxmu?
Şəhər itib-batıb kefin içində
Zurnanın içində, dəfin içində
Zurnalar fülənir... köynəyindəcə
Tanrı, qadan alım, barı sən eşit
Bu adam ağlayır, kirimir axı!..
Ölülər nə bilir kiritmək nədi
Onların verimi dərddi, qəhərdi
Tanrım, bu nə gündü, bu nə saatdı,
Dirilər hamısı ağlaşmadadı.
Hər ölü ağrısı, ölüm acısı,
Diri acısıyla uyuşmadadı
Dirilər ağlaşır ölənlər üçün
Ölənlər
Yer üstə boğuşmadadı.
Hamısı çiçəkli yer arzulayır
Hamısı gərəkli yer arzulayır
Durub bu adamı kiridən yoxdu.
***
Bizim içimizi yandıran ağrı
Kiminsə köksündə fərəhə dönür.
Hərə bir ağrıdan gəlir dünyaya,
Hərə bir həvəsin ucundan ölür.
Məni yaşadanı mən öldürürəm
Səni öldürəni sən yaşadırsan.
Gülsən, gülüşündən asarlar
səni,
Ağlasan, boğarlar göz yaşındaca,
Qalıb öz dərdimin yaddaşındaca
Mən nə güləsi yəm, nə ağlayası.
Hələ əl yetməyən bir təmizlikdən
Bircə söz gəzirəm,
Qonub dilimin
altını-üstünü acılayası,
Özüm öz köksümdə fərəhə dönüb
Kiminsə içini yandıranadək
Sıxıb gülüşümü, göz yaşlarımı
Dilimin altında saxlayacağam
Sonra gözlərimi göz yaşlarımda
İsladıb-isladıb qurudacağam.
Sonra sifətimi bir təbəssümün
Süzgəcinə salıb duruldacağam
Vallah, deməyə də qorxuram hələ,
Amma qorxmadığım bir gün gələndə
Qorxa bilmədiyim qorxusuz gündən
Bir ömrə yerləşən inam qoparıb
Məndən şübhələnən dəli sevginin
Gözünə, sözünə axıdacağam.
O günün açmamış o səhərindən
Ağıllı-başlı bir sevgi qoparıb
O qızın köksünə axıdacağam
Mənim qorxmadığım o gün gələcək
İçimdə ağrıdan qorxmayacağam,
Oturub, doyunca ağlayacağam.
***
Bəlkə şairlərin fəlsəfəsindən
Bəlkə nadanların səfsəfəsindən
Bəlkə cəbhələrin vəlvələsindən
Bir gün qopa bildim, ayrıla bildim.
Bir sınıq ürəyin fərəhi üstə
Bəlkə bu dünyaya qayıda bildim.
Bəlkə ölüm məni yaxalamamış
Ruhumu bir ağı sığallamamış
Dünyanı qiyamət çalxalamamış
Kəsilmiş bir ağac kötüyü üstə
Bəlkə bu dünyaya qayıda bildim.
Bəlkə sevgi məni qul eləyəcək
Bəlkə arzu məni yol eləyəcək
Bəlkə sevinc məni lal eləyəcək,
Yalan kəlmələrdən yuyuna bildim
Günahsız bir dilin deməyi üstə
Bəlkə bu dünyaya qayıda bildim.
İsrafil surunu çalası günü
Qurdun qiyamətə qalası günü
Dünyanı günahkar alası günü
Bləkə bir ağ nura boyana bildim
Sonra da allahın köməyi üstə
Bəlkə bu dünyaya qayıda bildim.
Götürüb dünyanın tərəzisini
Çəkib haqq-hesaba mərəkəsini
Öldürüb günahkar məleykəsini
Bütün günahların meyiti üstə
Bəlkə bu dünyaya qayıda bildim.
***
Bu dünyanın o üzündən
gecəsindən gündüzünə
hədd olmayan
bir aləmin,
Gecəsi dönməyən yerin,
Gündüzü sönməyən yerin
Səadəti səslər məni.
Al-qırmızı yuxulardan,
Mürgüləyən qorxulardan,
Təbiətin yorğun vaxtı
İtib gedən qoxulardan
bezar oldum.
«Həyat» deyən nağılların,
Ömür boyü ömrümüzə
Ərk eyləyən nağılların
Səadəti səslər məni...
Ehey!.. Göyün adamları,
bu dünyanın allahları,
İnam verin mənə, inam,
Çəkə bilm yöndəminə
Azıb qalmış yollarını,
Bezib qalmış yollarını
Bu dünyanın.
Bir silsilə keçib gedir –
Hərə bir can içib gedir,
Ulduzların nuru çökmüş bulaqlardan,
Bu dağlardan
Səadətin yolu keçir.
Səadətin yolçuları içib gedir
Bu bağların qüdrətini,
verin mənə şimşəklərin
sürətini.
Keçəcəyəm
bu yolları.
Ehey!.. göyün adamları!
Sizin göyün
Bizim yerin
Yerli-göylü ömürlərin
Səadəti səslər məni.
2 noyabr 1988-ci il
***
Qəbrimizdə can yeri var,
Yolumuzda qan yeri var,
Baxtımızda dan yeri var –
Tut işığı, yürü, qardaş.
Kündən yox – kütə gedəsi,
Kimdi haqq-hesab çəkəsi,
Yan-yörən ölüm tələsi –
Tut işığı, yürü, qardaş.
Aç boynunun buruğunu,
Al dizinin yoruğunu,
İçmə bu qəm tuluğunu –
Tut işığı, yürü, qardaş.
Torpağa dişlərin batmaz,
Tanrıya təpiyin çatmaz,
Qaraçuxan səni satmaz –
Tut işığı, yürü, qardaş.
Üzündən ağrı qoxuyur,
Tale sənə nə toxuyur?..
Qaranlığı tutmaq olmur –
Tut işığı, yürü, qardaş.
11 aprel 1989
***
Neçəsinə paxıllandıq,
Nağıl deyib nağıllandıq.
Vaxt yetişdi, ağıllandıq,
Dilimizdən dara düşdük.
Bu da bir qan bahasıydı,
Bahasında batasıydı.
Lap əlimiz çatasıydı,
Əlimizdən dara düşdük.
Yığıldıq bir dərd içinə,
Qaldıq əcəb girinc günə.
Dirilərin nə vecinə,
Ölümüzdən dara düşdük.
"Kultaz"dan: Müəllif şeirləri tələbəlik illərində qələmə alıb.