
Səhər. Şeirlər.
Poeziya
- 09.05.2009
- 0 Şərh
- 423 Baxış
Heç kim bayquş olmadı,
yuxarıya qonmadı,
baxıb ləzzət almadı
bu xarabadan.
Min kərə bahar gəldi,
könüllər təzələndi,
hamı sevib-sevildi,
heç kim xoşbəxt olmadı
bu xarabada.
Bu nə xarabalıqdı,
Bir işıq ucu yoxdu,
Hər zaman günəş çıxdı,
heç vaxt sabah olmadı
bu xarabada.
Bir ümid sağ qalmadı
Bu xarabada.
***
Ölülərin yuxusu,
sağların ölməyi gəlir.
Bu ağlamalı filmə
adamın gülməyi gəlir.
Hərdən ən ciddi üzlərə,
hərdən ən rəsmi sözlərə,
dadsızlara, duzsuzlara
adamın gülməyi gəlir.
Unudub qəzəbi, kini
və bütün qəlbindəkini,
öz-özünə dəli kimi
adamın gülməyi gəlir.
***
İlk dayanacaqda
düşmək bu dünyadan.
Əlləri cibində
getmək bu dünyadan.
Gəlməmək qəsdiylə,
dönməmək şərtiylə,
sabahkı günəşi
görməmək ümidiylə.
Son fikri bitirmək,
son sözü söyləmək:
- Əlvida, əlvida,
görüşməyənədək.
yuxarıya qonmadı,
baxıb ləzzət almadı
bu xarabadan.
Min kərə bahar gəldi,
könüllər təzələndi,
hamı sevib-sevildi,
heç kim xoşbəxt olmadı
bu xarabada.
Bu nə xarabalıqdı,
Bir işıq ucu yoxdu,
Hər zaman günəş çıxdı,
heç vaxt sabah olmadı
bu xarabada.
Bir ümid sağ qalmadı
Bu xarabada.
***
Ölülərin yuxusu,
sağların ölməyi gəlir.
Bu ağlamalı filmə
adamın gülməyi gəlir.
Hərdən ən ciddi üzlərə,
hərdən ən rəsmi sözlərə,
dadsızlara, duzsuzlara
adamın gülməyi gəlir.
Unudub qəzəbi, kini
və bütün qəlbindəkini,
öz-özünə dəli kimi
adamın gülməyi gəlir.
***
İlk dayanacaqda
düşmək bu dünyadan.
Əlləri cibində
getmək bu dünyadan.
Gəlməmək qəsdiylə,
dönməmək şərtiylə,
sabahkı günəşi
görməmək ümidiylə.
Son fikri bitirmək,
son sözü söyləmək:
- Əlvida, əlvida,
görüşməyənədək.