Xalq artisti qızına titul istəyir... bunu da gördük! - VİDEO

Xalq artisti qızına titul istəyir... bunu da gördük! - VİDEO

Xalq artisti Aygün Kazımova qızı İlqarəyə sənətdə prodüserlik edəcək.   Teleqraf.com xəbər verir ki, sənətçi qızının özündən daha istedadlı olduğunu deyib. O, "10Lar” verilişinə açıqlamasında əlavə edib ki, İlqarə ilə birgə duet oxumağı planlaşdırır:   "Etiraf edim ki, İlqarədə olan bacarıq məndə yoxdur. Təbii ki, İlqarə mənim kopyam olsaydı, bu artıq maraqsız olardı. Qızımla duet oxumağı planlaşdırırıq. Ana ilə balanın dueti bir az da fərqlidir. Məsələn, Alla Puqaçova ilə Kristina Orbakaytenin birgə dueti çox gözəl və duyğusal alınmışdı. Hələ ki, oxuyacağımız mahnının mövzsusu bəlli deyil. Nə bilmək olar, ana-bala sevgisindən və ya təbiət haqqında oxuyarıq”.    A.Kazımova zarafatından da qalmadı. Xalq artisti İlhamə Quliyevaya müraciət edərək, qızı İlqarəyə titul verməsini istəyib:   "İlhamə xanım, İlqarə yeni sənətə başlayır, sizdən xeyir-dua və özünə yeni titul gözləyir. Sizə ideya verim: ona "Star qızı”, "Cıqqılı diva” kimi titullar verə bilərsiniz. Artıq seçim sizindir”.