Çarli Çaplinin ilk Oskar mükafatı oğurlandı

Çarli Çaplinin ilk Oskar mükafatı oğurlandı

Parisdə bir milyon avroluq oğurluq hadisəsi baş verib. Naməlum şəxslər Amerika Kino Akademiyası tərəfindən təsis edilən və dünya şöhrətli aktyor Çarli Çaplinin 1929-cu ildə layiq görüldüyü ilk Oskar mükafatlarından birini oğulayıblar.

Quldurlar Oskar heykəlciyi ilə yanaşı, hər birinin dəyəri 80 min avro olan bir neçə avtoqələm də oğurlamağa imkan tapıblar.

Hadisə yerində ilkin araşdırmalar aparan polis oğruların əsas hissələri qızıldan olan Oskar mükafatı və qiymətli avtoqələmlər barədə əvvəldən xəbərdar olduqlarını bildirib.

Paris prokuroru banditizmlə mübarizə polisinə oğurluq hadisəsi ilə bağlı dərhal təhqiqata başlaması barədə göstəriş verib.

Xatırladaq ki, tanınmış gülüş ustası, aktyor Çarli Çaplin 1929, 1972 və 1973-cü illərdə Oskar mükafatına layiq görülüb. //azertag.az