Məşhur Seretelinin kitabı Azərbaycan dilində nəşr olunub
YENİ KİTABLAR
- 22.09.2023
- 0 Şərh
- 6442 Baxış
Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı "Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.
Tərcümə Mərkəzindən Yarpaq.Az-a bildirilib ki, "Akaki Seretelinin özü və sözü haqqında” adlı "Ön söz”lə açılan kitaba şairin Vətən, təbiət, həyat, ölüm, məhəbbət, eləcə də digər mövzularda qələmə aldığı "Son nəfəsdə”, "Müqəddəs Nino”, "Tərbiyəçi” poemaları, "Çal saçlar”, "Bahar”, "Sübh çağı”, "Coş, ey dəniz!”, "Arzu”, "Sirli namə”, "Yarasa”, "Xəncər” kimi şeirləri daxil edilib.
Akaki Seretelinin yaradıcılığı Azərbaycanın dövri mətbuatında yayımlansa da, kitab halında yerli oxuculara ilk dəfə təqdim edilir.
Kitabın "Ön söz”ünün, poema və şeirlərin orijinaldan tərcümə müəllifi – tanınmış şair-tərcüməçi İmir Məmmədli, redaktoru Şəfiqə Şəfadır.
Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar.