Aysel Əlizadənin yeni kitabı:

Aysel Əlizadənin yeni kitabı: "Seksin poeziyası"

Aysel Əlizadənin "Seksin poeziyası" adlı yeni şeirlər kitabı çapdan çıxıb. 

Kitab Teas Press Nəşrlər Evinin  "Yay" yayınlarında çap edilib. 

Kitabda müəllifin son illər yazdığı yeni şeirləri toplanıb. Aysel Əlizadənin Yarpaq.az-a dediyinə görə, nəşr evi ilə müqaviləni keçən yay bağlayıb. Özəl səbəblərdən kitabın bir müddət sonra çap olunmasını xahiş edib. 

"Bu kitabda ara-sıra mətbuatda çıxan və oxucuların sevdiyi şeirlər də yer alıb" - Aysel xanım deyib. 

Qeyd edək ki, "Seksin poeziyası" adlı şeirlər toplusu LİBRAFF mağazalar şəbəkəsində artıq satışdadı.