Azərbaycanın xalq artistləri Macarıstanda konsert verib - FOTO

Azərbaycanın xalq artistləri Macarıstanda konsert verib - FOTO

Azərbaycanın xalq artistləri - dirijor Yalçın Adıgözəlov və pianoçu Yeganə Axundova Macarıstanda konsert veriblər.
 
Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, onlar səfirliyin təşkilatçılığı ilə Budapeştdə konsert proqramı ilə çıxış ediblər.
 
Macarıstan paytaxtının əsas incəsənət mərkəzlərindən biri olan "Duna Palota” sarayında "Dunay” simfonik orkestri azərbaycanlı dirijorun rəhbərliyi ilə məşhur alman bəstəkarı Lüdviq Van Bethovenin əsərlərini, Fikrət Əmirovun "Min bir gecə” baletindən parçalar təqdim ediblər.