Bakıda 5-ci Avropa Film Festivalının açılış mərasimi olub - FOTOSESSİYA

Bakıda 5-ci Avropa Film Festivalının açılış mərasimi olub - FOTOSESSİYA

Bakıda oktyabrın 30-da 5-ci Avropa Film Festivalının açılış mərasimi olub. APA-nın məlumatına  görə,  Avropa İttifaqı Nümayəndəliyi, Aİ-yə üzv  ölkələrin  Azərbaycandakı diplomatik nümayəndəlikləri və "Park Cinema”-nın dəstəyi ilə təşkil olunan festival  mədəni əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi məqsədini daşıyır.
 
"Avropanın müxtəlifliyinə və onun zəngin mədəniyyətinə əsaslanmaq baxımından Avropa Film Festivalı təkrarolunmazdır", deyə festival ərəfəsində Aİ səfiri Malena Mard deyib.
 
 Avropa Film Festivalı proqramına 16 ölkədən (Avstriya, Belçika, Bolqarıstan Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Rumıniya, İspaniya, İsveç və Birləşmiş Krallıq) və Azərbaycandan 16 filmin nümayişi daxildir.
 
Hər film həftə içi iki növbəli (16:00 və 18:00), həftə sonunda isə bir növbəli nümayiş olunacaq. Bütün filmlərə giriş sərbəstdir və bilet tələb olunmur.  Festival noyabrın 9-dək davam edəcək.