
"Bulvarda kino axşamı" adlı yeni layihəyə start verilir
KİNO
- 14.07.2025
- 0 Şərh
- 51 Baxış
Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə "Bulvarda kino axşamı” adlı layihəyə start verilir.
Yarpaq.az xəbər verir ki, ilk nümayiş iyulun 19-na planlaşdırılıb. Həmin gün bulvarda açıq havada C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının istehsalı olan "Görüş” filmi göstəriləcək.
Seans saat 20:00-da başlayacaq.
Layihənin məqsədi gənc nəslin vətənpərvərlik və milli ruhda maarifləndirilməsi, Azərbaycan kinosunu yalnız Bakı sakinlərinə deyil, şəhərimizdə qonaq olan turistlərə də tanıtmaqdır.
Qeyd edək ki, filmlərin nümayişi ilə yanaşı, "Azərbaycanfilm”in geyim və rekvizitləri, çəkiliş və texniki avadanlıqları da sərgilənəcək. Sərgini ziyarət edənlərin sevdikləri film qəhrəmanlarının onlara tanış olan qiyafələrini və aksesuarlarını, eləcə də çəkiliş vaxtı istifadə edilən avadanlıqları görmək imkanları olacaq.