Cavid Fərzəli. Məni bir gecənin arxasında öldür (ŞEİR)

Cavid Fərzəli. Məni bir gecənin arxasında öldür (ŞEİR)

Ay Allah, məni ölümə səhər vermə...
Qoy, bir az günəşin olum,
bir az buludun olum.
Məni dünyanın sonuncu gecəsiylə düşür
uduz axanda, ay baxanda.

...Saatımızın əqrəbləriyəm,
evimizin söykənən divarıyam.
Çıxıb getsəm; bu evdə hamı             
xoşbəxliyinə gecikər,
mən tərəfdən üşüyər.
Axı əllərimin çatından dünya axıb getməyib,
axı barmaqlarımın arasında bir işıq göz açmayıb.

...Nə var qorxuyla bir ölməyə,
arxanda ölümlə üz-üzə duranla ölmək çətindi.
...Nə dumana göstər, nə yağışa!
Məni bir gecənin arxasında öldür.
Ay Allah, Məni ölümə səhər vermə!