Elvin Nihan - İtirmişik abır həyanı (şeir)

Elvin Nihan - İtirmişik abır həyanı (şeir)

Qəflətdə itirmişik bizdə abır ilə həyanı,
Belə baxıram daha qeyrətimizdə ölüb.
Mat oldum, qeyrət çəkən kişilər hanı?
Yoxdur paklığımız, iffətimizdə ölüb.

O vaxtın kişiləri başa taxardı papaq,
Bakı iftixarla çəkərdi öz kişilərini.
İndi isə azalıb həmin papağa maraq,
Dəyişilib Bakı, çoxaldır nakişilərini.

Bu cür mentalitetdə nə etsin gənclər,
Xalq atistimiz soyunur mavi ekranda.
Bu insana baxıbda, hara getsin gənclər,
Əxlaqsızlar çoxalır dövri güzəranda.

Cayıllar, yoldan qızlara söz atır,
Fəxr edirlər, böyük qabiliyyətdi.
Oğlan yol gedir, bir qıza göz atır,
Axı bu necə namusu izzətdi?

Guya kişidir, özü siqaret boydadır, siqaret damağda,
Elə bil cayıllıq edir, adətidir həmişə qızlara baxmaq.
Əlində təsbeh, özündən razı oturub tində bucağda,
Nə görmüsən avaraçlıqda, yaxşısı kitab oxu ay, axmaq.

Ki əgər kişisənsə qıza baxma, nəfsi ram eylə,
Cayıllıqdan bəlkə az danışasan, daha bəsdir.
Günahsız keçərsə, o günüvü bayram eylə,
Yazdım bu şeiri, çünki qeyrətdən gələn səsdir.


Körpələrin səsi eşidildi Qarabağda,
Nahaq yerə vurar əlbət çəkici hakim.
Çox insan yatar, həmin qara torpağda,
Haqqı susdurub, dindirməz heç kim.

Nihanında dərdi səri çoxalıbdır cəmiyyətdə,
Saçvı dara sən, unutma yaxşı yaxşı qızlara bax.
Qeyrət hissi his olunmaz axı belə məsuliyyətdə,
Get bara, qızlara"padxod"edib ordakıulduzlara bax.
 

Elvin Nihan