İsmayıl Rizvanoğlu - Dəyməz

İsmayıl Rizvanoğlu - Dəyməz

Xan Rəsuloğlunun şeirindən təsirlənərək 

Boşuna yaşayanlar

Bir çöl quşuna dəyməz.
Ölərsə yer boşalar
Bir göz yaşına dəyməz.
Alıb əlimə qələm
Şeir yazmayan biri
Xan əmidən güc aldım
Beynimi işə saldım.
Kiçik bir təhlil qurdum
Bəlkədə bir az uydurdum.
Bəlkədə qınayarsız,
Bəlkədə danlayarsız,
Amma yazacam bunu.
Oğlanlar geydi donu
Özgəcana etiraz
Özünü türkcü sayanlar
Azərbaycanlı olaq bir az.
Sadizm baş alıb gedir.
Niyə bundan yazan yox?
Niyə gündə on dəfə
Bank zəngi ilə zorlanan
Millətimdən yazan yox?
Yadıma yenə düşdü
Dahi Xan Rəsuloğlu.
Yaxşı deyir dərs elə
Dərd eləmə ay oğul.
Doğurdan da dahisən
Kəlamın çox gözəldi.
Amma vallah millətin
Dərdi o qədər çoxdu
Dərs eləmək imkanı
Varsada həvəs yoxdu.
Ona görə qətillər
Bir birini ötəcək
Hələ neçə Aytaclar
Bu dünyadan köçəcək.
Nə qədərki, savadsız
Boş beyinlər olacaq,
Nə qədər ki kafelər
Söyüş, razborka yeri.
Oxuyan deyil vallah
Bu millətin çoxusu.
Oxumayan bu başlar
Boşuna yaşayarlar,
Bir çöl quşuna dəyməz.
Ölərsə yer boşalar
Bir göz yaşına dəyməz...