Kamran Süleyman - SƏTİRLƏRDƏKİ SÜRGÜN...

Kamran Süleyman - SƏTİRLƏRDƏKİ SÜRGÜN...

Köhnə eynəyini silir tarix qocalığın pəncərəsindən baxır gözləri... Neçə qurban, neçə cəllad görür. Ağac kötüyünə bənzər əllərində qanlı insan izləri... Sətirlərdəki sürgünlə salam verir tarixə Cavid əfəndi... Gəzdikcə addım-addım silir çəkmələrini qanlı taxıl zəmisi... Gözlərində, əllərində ürəyində repsessiya. Nəfəsində, çörəyində sürgünündə repressiya... Yollar uzun özün yorğun... Keçmişdə bir şair ömrü gələcəkdə məhkumluğun... Ölümünə söykənib yazdığın hər bir sətir indi iblisin əliylə ''peyğəmbər'' güllələyir... Cavid əfəndi... Əsasına söykənmişdi... Yüz yaşında Vətəninə gəlirdi..



Kamran Süleyman