Filarmoniyanın dekabr repertuarı

Filarmoniyanın dekabr repertuarı

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının dekabr ayına olan repertuarı açıqlanıb.

Yarpaq.az xəbər verir ki, filarmoniya tamaşaçılar üçün zəngin proqram hazırlayıb. Proqramı təqdim edirik:

7 dekabr - Bakı Kamera Orkestrinin konserti

8 dekabr - Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

9 dekabr - "Cartier” firmasının tədbiri (Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri)

12 dekabr - Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım gecəsi (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

13 dekabr - "Yaşayan ənənə” Qaraçay-Çərkəz Respublikasının Dövlət Filarmoniyasının artistlərinin iştirakı ilə konsert ("Elbrus” Dövlət Rəqs Ansamblı)

14 dekabr - Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun yaradıcılıq fəaliyyətinin 70 illiyinə həsr olunmuş konsert (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)

19 dekabr - Xalq artisti, müğənni Tükəzban İsmayılovanın 100 illiyinə həsr olunmuş konsert (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)

20 dekabr - Dahi sənətkar Bülbülün xatirəsinə həsr olunmuş Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalı çərçivəsində "Bülbül Vokal Məktəbi” adlı konsert (Opera və Balet Teatrının Simfonik Orkestri)

21 dekabr - Dahi rus bəstəkarı Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş konsert (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

22 dekabr - Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert. Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi məktəbi (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)

23 dekabr - Əməkdar artist, tar ifaçısı Əliağa Sədiyevin konserti

26 dekabr - Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Yeni adlar” layihəsi çərçivəsində konsert (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

27 dekabr - RED events təqdimatında "Harry Potter” (Mystery Ensemble).