Könüllərin Barış abisi
MUSİQİ
- 31.08.2007
- 0 Şərh
- 902 Baxış
Barış Manço: «Mən dünyaya müğənni kimi gəlməmişəm…»
Barış Manço 2 yanvar 1942-ci ildə İstanbulda doğulub. İsmayıl Haqqı bəyin və Rikkat Uyanıq xanımın ikinci övladı olan Barış İkinci Cahan Savaşının ən qızğın vaxtında, camaatın çörəkdən qıtlıq çəkdiyi zamanda dünyaya gəlmişdi. Özündən iki ilə əvvəl doğulmuş qardaşının adını Savaş qoymuşdular, təzə körpəyə isə «artıq dünyaya Barış gəlsin» deyibən Barış ismini verdilər. İllər sonra TRT üçün hazırladığı «7-dən 77-yə» adlı proqramında Türkiyədə Barış adını alan ilk adam olduğunu söyləyəcəkdi. Ölkəni bit-birə yediyi zamanlarda məktəbə gedən Barış elə gəzməyə də bu dönəmlərdə başlayır. Bu gəzintilərin ilk dayanacaqları məktəblər idi çünki, o, məktəbini tez-tez dəyişməyə məcbur olurdu. Əvvəl Kadıköy Yeldəyirmanı Mustafa Kamal Paşa məktəbində oxuyan Barış, sonra Ankara maarif kolleci ibtidai məktəbindən sonra Qalatasaray Litseyinə daxil oldu. Əvvəldən burda oxuyan qardaşının ləqəbi Ayı idi. Barış gələndən sonra onları Böyük Ayı, və Kiçik Ayı deyə fərqləndirməyə başladılar. 1957-ci il Ramazan bayramı ərəfəsində Barış çox sevdiyi nənəsi Nemət xanımı itirir. İllər sonra o, nənəsinə mahnı yazacaq. Amma heç kimin ağlına gəlməyəcək ki, Gülpəmbə kim imiş.
Barış musiqiyə erkən yaşlarından meyl salır. Anasının ifaçı olması onu musiqiyə bir köynək yaxın eləmişdi. İlk dəfə 14 yaşında Qalatasaray Litseyində sinif yoldaşları ilə birlikdə Qafadarlar adlı Qrup yaratdı. Elə sinif yoldaşları ilə yaratdığı ikinci qrup Haramilər adlanırdı. Haramilərin mahnıları kifayət qədər böyük populyarlıq qazandı. 1958-ci ildə ilk dəfə səhnəyə çıxdı. Elə həmin ilin martında yaxın qohumu Ayselin toyunda Elvis Preslidən iki mahnı oxuyur. Elə o axşam qardaşına gələcək taleyinin həqiqətini söyləyir: «mən cocuqlara şərqi söyləyəcəm». 1959-cu ilin aprelində Qalatasaray Litseyinin konfrans zalında ilk konsertini verən Barış 1959-cu ilin mayında atası İsmayıl Haqqı bəyi itirir. 60-cı illər türk lirik musiqisində Erol Büyükburç, Metin Ersoy fırtınası vardı. Barış da bu axına qoşulmuşdu 1962-ci ildə Barış on birinci sinifə keçəndə Litseyi buraxır və Parisə gedib incəsənət təhsili almaq istədiyindən Özəl Şişli kinematoqrafiya kollecinə gedir və bir il sonra buranı bitirib diplom alır. Daha sonra bir iş adamı səyyaha tərcüməçi-sürücü kimi işləyərək əvvəl Liona sonra isə Prarisə gedir. O, maddi sıxıntıları üzündən Parisdə İncəsən Akademiyasında oxumaq fikrindən əl çəkməli olur. Belçikada yaşayan qardaşı Savaşın yanında qalmaq üçün Liegeyə gəlir. Burda bəzən tərcüməçilik, bəzən ofisiantlıqla məşğul olur. Arabir Parisə məşhur komik Henri Salvadorun şirkətinə gələrək 1964-cü ilin baharında orada dörd mahnıdan ibarət val buraxdırır. Radioda proqram aparan Engin Arman Parisdən gələn valın üstündə «Barış Manço» adını gördüyündə onu «Fransada musiqi ilə məşğul olan gənc müğənni» kimi təqdim edir.
Proqramı Barışın anası Riqqət xanım dinləyirkən evdən başıalovlu İstanbul radiosuna qaçıb, «mənim oğlumdan danışırsız, onun adı Barış Mançodur». Fransadakı macəralarından sonra Belçikada Les Mistiqris adlı qrupa qatılır. Les Mistiqris vəhşi keçi deməkdir. Qrupla o, Almaniya, Belçika, Fransa və həmçinin Türkiyədə də konsertlər verib. Bu qrupla 1967-ci ilin əvvəlinə qədər birgə çalışır. 1965-ci ilin fevralında onun vallarından birini özünün «Avropa 1» radiosunda dinləyən Daniel Filippaççi Barışın ləhcəsi olduğunu deyib onun ifasını bəyənmədiyini bildirir. Bundan hiddətlənən Barış «bundan sonra türk müğəninsi olacam» deyə qərar verir.
Çiçəyimi kopardın sən… Əllərə verdin…
1967-ci ildə Hollandiyada böyük bir yol qəzasına düşür. Bu hadisə onun üzündə-bığ yerində çapıq izi qoyur. Bu çapığı gizləmək üçün bığ buraxan Barış saçlarını da uzadır. 1967-69-cu illər arası o, Qayğısızlar qrupunda çalışır. Bu qrupda «Kol düymələri», «Unutamıyorum» kimi bəstələri ilə yanaşı türkülər də oxuyur. Qayğısızlar qrupu dağılır. Qrupun Avropada karyera qura bilməməsi Barışı əcnəbi qrupla çalışmağa vadar edir. Amerikalı musiqiçi Conatan, Tunisli Mounur, qafqazlı Onkanla birgə yaratdıqları qrupun adını Barış «Və...» qoyur. Məşhur «Dağlar, dağlar» mahnısını da bu qrupla çalışdığı vaxtda yazır. Təhsilini tamamlayan Barışın fikri qrupla birgə Türkiyəyə qaıtmaq olur. Amma vətənə tək qayıdır. Barışın Türkiyəyə qayıtdığı vaxtlar 70-ci illərin əvvəllərində Türkiyədə aranjiman dəbinə qarşı etiraz vardı. Aranjimana olan təzyiq başqa bir cərəyana səbəb oldu. Bu yeni musiqi Anadolu pop musiqisi olur. Bu zamanlar Barışın musiqi bazarında xeyli irəliləyişləri vardı. 1971-ci ildə Anadolu pop musiqisinin öncüllərindən hesab olunan və Avropada karyera qurmaqda maraqlı olan «Moğollar» qrupu ilə işləməyə başlayır. Bu qrupla çalışdığı vaxtlarda «İştə xəndək, iştə dəvə», «Binboğanın qızı»adlı parçalarını yazır. Moğollardan Engin Yörükoğlu ilə vətənə qayıdan Barış, Celal Güvən, Ohannes, Kemer, Özken Uğur və Fuat Güner kimi musiqiçilərlə birgə ölümünə qədər ayrılmadığı Kurtalan Ekspress adlı qrup yaratdı. 1972-ci ildə Kurtalan Ekspresslə «Ölüm allahın əmri və qaç gedəlim, Kuheylan» albomu bazara çıxdı. Əsgərlikdən qayıdan kimi isə «Könül dağı», «Hey qoca topçu», «Gənc Osman» işıq üzü görür. 1975-ci ildə Barış ilk Lonq Pleyini hazırlayır. Artıq 17-18 ölkdə mahnıları yayımlanan Barışın Avropada karyera qurmaq xəyalı çin çıxdı. İlk evliliyi Belçikada oldu. Geyim mağazasında işləyən Mariya Klaude adlı qızla tanış olur və tam altı ay bir yerdə yaşayırlar. Evlənəndən sonra da 6 ay bir yerdə oldular, daha sonra ayrıldılar. Həqiqi həyat yoldaşını, «Mənim hər şeyim» adlandırdığı Lalə Mançoyla 1975-ci ildə tanış olur.
Sən güləndə güllər açar…
Bu görüşün maraqlı bir tarixçəsi vardı. Bacısına qonaq gəlmiş Lalə telefon xarab olduğundan üst qonşularına müraciət edir. Qapını açan Barışa «sizdən zəng edə bilərəm?» - deyə soruşur. «Mənimlə evlənərsənsə edə bilərsən» - deyir Barış. «Niyə də yox?» bunusa Lalə deyir. İçəri girib zəng vurur, sonra Barışa telefon pulu ödədiyində «onsuz da evlənəcəyik, nə pul» - Barış deyir.
1978-ci ildə Lalə ilə Barış birgə yaşayışlarını rəsmiləşdirirlər. Toy günü zarafatcıl Barış nişan şirnisi əvəzinə Laləylə birgə yazdığı valı paylayır.
Valın bir üzünə onun Lalə ilə dava dalaşları, digər üzünə Barışın eşq etirafları yazılıb. 1981-ci ildə onların ilk övladı - Batıkan Zorbəy dünyaya gəlir. İkinci dəfə Barış Lalə Çağlar ilə envlənir. Bir il sonra çox məşhur olan «Yeni bir gün» albomunu çıxarır. Burda onun «Sarı cizmeli Mehmet ağa», «Aynalı Kemer incə bele» mahnılar var idi. Səyyah olub dünyanı dolanmaq sevdasına düşmüş Barış TRT 1 televiziyasından müvafiq təklif alır. Proqram «uşaqlara və ailəyə əyləncəli intellektual» bir lahiyə istəyirdi. Barışın «7dən 77-yə» proqramı milyonlarla seyrçiyə hakim kəsilən lahiyə oldu. Bu lahiyə ilə Barış düyanan çevrəsini on iki dəfə keçmiş oldu. O, dövlət başçıları, şairlər, yazıçılar, idmançılar, superstarlar və daha kimlərin qonağı oldu. Uşaqlara ürəyindəki məhəbbət təkcə öz balalarına çatmadı. Minlərlə uşağın sevimlisi oldu Barış. Cəmiyyətdəki pozuntulara laqeyd qala bilməyib siyasətə də girişdi. 30 illik etmək istədiyi amma edə bilmədiyi proyektləri reallaşdırmağa fürsət axtaran Barış «…Kadıköy bakanı oldum. Bələdiyyələrin problemləri məlumdur. Fərqli bir rəng var, fərqli bir yanaşma var. Niyə də olmasın, dedim. Uşaqların sağlamlığı və gələcəyi üçün proyektlər etmək olar. Bunlar mənim həmişə düşündüyüm şeyləridir» - deyir. «Mən dünyaya müğənni kimi gəlmədim. Düşüncələrimi anlatmaq üçün gəldim. Gün gəldi şərqi söyləməklə bunu etdim, gün oldu bir televiziya proqramında bir cocuğun saçlarını tumarlamaqla bunu etdim. Birdən şimal qütbündəki pinqvinlərlə dil tapmaqla bunu etdim. Mən bildiyim qədər özümü ifadə etməyə çalışdım. Doğru olduğuna inandığım şeyləri anlatmaq istəyirəm...» Türkiyədə mədəni həyatı bir-neçə kəlmə ilə belə izah edirdi. «Mənzərə bir kəlməylə desəm pisdi, amma düşünmürəm ki, elə pisliyə doğru gedəcək. Mən mədəniyyətə qarşı bir dirəniş görürəm. Bunda xalqı suçlu bilirəm. Belə baxanda mənim problemim yoxdur. Proqramlarım baxılır, qırx ilin sənətçisiyəm.
Turkiyənin qapıları açıqdı. Yəni mədəniyyətimiz bütün çağdaş dəyərlərin üstündədi. Bu dəyərləri işləmək lazımdır. Mənim uşaq verilişlərim, səyahətlərim, proqramlarım, reportajlarım bu gözəllikləri ortaya qoymaq üçündü. Mən öz adıma önəmli şeylər etdiyimə inanıram və hər kəsin bunda çalışmağını alqışlayıram» - demişdi.
Unutma ki, dünya fani…
1991-ci ildə Dövlət sənətçisi olan BarışYaponiya macərasına başlayır. Yapon xalqı onu tərəvəzdən mahnı düzəldən ləqəbini verir. («Domatez», «Bibər», «Patlıcan» mahnısına rəğmən). 1995-ci ildə Yaponiyada böyük bir konsert verib, albom buraxdırır. 1982-ci ildə onu bir dəfə narahat edən ürəyində yenidən problemlər yaranır. 1999-cu idə Barış Manco bu dünyadan köçür.
Ben bilirim… Ben bilirim…
Barış Mançonun 200-dən çox mahnısı onun necə musiqiçi olduğuu deyəcək. O, Türkiyənin musiqi tarixinin kilometrlərlə genişlənidirməyi bacardı. Bütöv bir nəsilsə onun «Adam olacaq cocuq» proqramı ilə böyüdü. Qısa, amma dolu həyatını o, öyrətməklə keçirdi. Onun adam ola biləcək cocuqları artıq ayaq üstə özləri dura bildilər. Onun «Arkadaşım eşşək» mahnısını sevən uşaqlar indi onun ölümündən yana «unutmaq kolay demişdin...» deyə onu xatırlayıb qüssələnir.
Aişə