Mədəniyyət Nazirliyi gənc şairləri diplomla təltif etdi (FOTOLAR)

Mədəniyyət Nazirliyi gənc şairləri diplomla təltif etdi (FOTOLAR)

Fevralın 22-də Mədəniyyət Nazirliyində bir qrup gənc fəalla görüş keçirilib.

2 fevral – Gənclər Gününə həsr olunmuş "Gəncliyin səsi” festivalında iştirakına görə ölkənin bir qrup yaradıcı gənci mədəniyyət naziri Əbülfəs Qarayevin imzaladığı diplomlarla təltif olunub. 

Diplomları mədəniyyət nazirinin adından Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli tərəfindən fəallara təqdim edilib. Diplomla təltif edilən gənclər arasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri Tural Turan, Emil Rasimoğlu və İntiqam Yaşar da yer alıb. 

Təltifetmə mərasimində çıxış edən Pərviz İşgəndərli bildirib ki, bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.  Sonra Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli gənclərə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tədbirin sonunda xatirə şəkili çəkdirilib. 

Qeyd edək ki, 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlayıb. 

Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.