Mir Şahin

Mir Şahin "Ən yeni tarix"in sirlərini açacaq

ANS telekanalında Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş Mir Şahinlə "Ən Yeni Tarix" teleensiklopediyasının növbəti buraxılışı bu həftənin 4-cü günü, oktyabrın 6-da, saat 23:00-da olacaq.

Burada söhbət Azərbaycanın problemlərindən, cəlb olunduğumuz Qarabağ müharibəsindən gedir. Bu verilişdə Sizin indiyədək bilmədiyiniz və heç ağlınıza da gətirmədiyiniz sirrlər açılır.

Məsələn, bilirdinizmi sovet milisi Ağdamda keçirilən mitinqlərdə iştirak edənlərin şəklini çəkir və bu şəkilləri əla pula elə onların sahiblərinə satırdı? Əks təqdirdə mitinqdə iştirak edənlər barədə cinayət işi qaldırıla bilərdi.

Çoxlarının ağlına belə gəlməzdi ki, Dağlıq Qarabağda vilayətin xəritəsində ümumiyyətlə göstərilməyən Azərbaycan kəndləri var idi və burada yaşayan insanlar maşın və ya vertolyotla onlara baş çəkən nümayəndələrimizi görəndə sevincdən ağlayırdılar.