Mixalkov Oskarı incəsənətə aid olmayan, siyasiləşdirilmiş bir mükafat hesab edir

Mixalkov Oskarı incəsənətə aid olmayan, siyasiləşdirilmiş bir mükafat hesab edir

Rusiyanın Kinematoqrafçılar Birliyinin sədri, Amerika Kino Akademiyasının kinematoqrafiya sənəti və elmləri üzrə Oskar mükafatçısı, rejissor Nikita Mixalkov son zamanlar bu mükafatların incəsənətə aid olmadığını, siyasiləşdirilmiş bir addım olduğunu düşünür.

Bundan əvvəl rus filmlərini akademiyaya təqdim edən, Rusiyanın Oskar komitəsinin sədri, rejissor Vladimir Menşov akademiyanın islahata ehtiyacı olmadığını bildirmişdi.

"Mən o qədər sözügedən akademiyaya inanmıram ki, onun islahatlar aparmasını heç düşünmürəm. Bununla yanaşı, Rusiyanın Oskar komitəsinə də etibarım yoxdur. Çünki siyasi şəraitə uyğun olmayan qərarların verilməsi heç bir uğur gətirməyəcək”, -deyə N.Mixalkov qeyd edib.