Musiqili Teatrda həftəsonu dörd tamaşa göstəriləcək

Musiqili Teatrda həftəsonu dörd tamaşa göstəriləcək

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar göstəriləcək.

Yarpaq.Az xəbər verir ki, bu həftə sənət ocağının səhnəsində biri rus, üçü isə Azərbaycan dilində olmaqla dörd səhnə əsəri təqdim olunacaq. Belə ki, teatrsevərlər aprelin 19-da "Qızıl cücə” (rus dilində) və "Toya bir gün qalmış”, 20-də isə "Qırmızı papaq” və "Amerikalı kürəkən” tamaşalarına baxa biləcəklər.

Aprelin 21-də isə "Qızıl cücə” (rus dilində) tamaşası təkrar təqdim olunacaq.