Nuridə Atəşi. Rəşad Məcidə Ad günü təbriki.
- 21.08.2010
- 0 Şərh
- 704 Baxış
Əziz Rəsad bəy!
Bəzən ad günləri insanlara ürəklərini boşaltmaq üçün bəhanəyə çevrilir, arzularını, istəklərini bildirməyə, daha nələrə, nələrə səbəb olur.
Həyatımda çox insanların qarşısında özümü borclu sanıram. Bu insanlardan biri də sənsən- Nuridə Atəşi imzasını Azərbaycana ilk tanıdan şəxs olaraq. Qətiyyən Sənə naxələflik etmək fikrində deyiləm. Sadəcə sənin ad günündə, Berlində yayın bu bürküsündə, gecənin zülmətində arzularımı, istəklərimi və təbriklərimi çatdırmaq istəyirəm.
Heç mənim üzümü görmədən tam iki il sərasər yazılarımı mətbuatda çap elədin. Mənə çox təəccüblü gəlirdi. Azərbaycan kişisi heç bir təmannasız qadına yaxşılıq edər? Hələ tələbə olanda qoca, məşhur bir yazıçı şerlərimi oxuyub demişdi: "Sən Azərbaycanın ən yaxşı yazan qadın şairisən. Əgər mənim aşnam olsan, səni məşhur edərəm". Qızarıb-pörtərək başımı aşağı salıb demişdim: "Axı siz mənim babam yaşındasınız". Qollarımdan yapışıb məni qəzəblə özünə sıxaraq: "Niyə? Qoca at arpa yeməz?"- demişdi və bağırtısı uzn zaman qulaqlarımdan çəkilməmişdi. Rəşad Məcid isə uzun illər məni çap elədi. Heç bir bəkləntisiz və təmənnasız. Və bir çox gənclərə dəstək olduğunu bilirəm. Görəsən bizi zamanmı dəyişir, yoxsa cəmiyyətmi, yaşadığımız mühitmi? Mən artıq çoxdan qoca atların qabağında qızarıb pörtmədən yüyənlərini, dəhnələrini gözlərinin qabağında ayaqlarımın altına salıb tapdalayıram, Rəşad Məcid də gənclərdən yavaş-yavaş uzaq düşür. Gözəl bir şair, isdedadlı bir publisist məmurlaşır, çinovnikləşir. Gözəl şair Vaqif Bəhmənli kimi. Deyəsən Ramiz Rövşən özü olaraq qalır hələ...
Mən qətiyyən naxələf deyiləm, yox, sadəcə axı mən sənin şeirlərini alman dilinə çevirmişəm. Sənin “Əsəd bəy və Nuridə Atəşi” essen əsl ədəbiyyat nümunəsidir. Mən bilirəm ki, sən bəlkə də ürəyində hələ də istedadlı gənclərin tərəfindəsən. Ama cismən yox. Bəlkə də hərdən cismən də olursan, amma zehnən yox! Mən bilirəm ki bizim cəmiyyətimizdə səmimi qalmaq, özün olmaq nə qədər çətindir. Qoca atların vədləri, onların arpa çuvalları göz qamaşdırıcıdır. Lakin sütül madyanların, gücü, enerjisi və onların yeni, sağlam nəsil artırma eşqləri çox güclüdür və onlar səni yarı yolda qoymaz heç zaman!
Sənə isə ad günündə gözəl şair kimi qalmanı,istedadlı publisit kimi qalmanı arzu edirəm, Rəşad! Gənc şairlərin səsini, harayını eşidib, onları Yazarlar Birliyinin soyuq, buz divarları arasında eşidilməz olmağa yol verməməni, yeni Nuridə Atəşiləri tapıb ortaya çıxartmanı, tanıtmanı arzulayıram. Mən bilirəm bizim cəmiyyətimizdə obyektiv qalmaq, təmiz qalmaq, nadan olmamaq nə qədər çətindir, Rəşad! Əlbəttə ki biz bu gün susssaq, yazmasaq, daha çox şeylər qazanarıq. Amma susmasaq, yazsaq, gələcək nəsillər daha çox şeylər qazanacaq.
Susma, Rəşad, lütfən, heç olmasa, sən susma! Heç olmasa sən gənc madyanların arpasını kəsmə.
Ad günün mübarək!
Nuridə Atəşi, Berlin, 21 Avqust 2010-cu il.