"On bir dəqiqə"nin Mariyası da "İsanın qadını" qədər azad deyil

Ramilə Qardaşxanqızı Səxavət Sahilin yazdığı "İsanın qadını"nı tənqid edir:

Haqqında yazacağım əsərin müəllifi gənc yazar Səxavət Sahildir. "Gedənlərə, qayıdanlara" həsr etdiyi "İsanın qadını" adlı bu kitabla ilk tanışlıqda düzü elə bilirdim əməlli-başlı silkələnəcəm.

Adından da məlumdur ki, söhbət xristianların Allaha oğul kimi sırıdıqları İsanın qadınından gedir. Apokfirik incillərdə yazıldığına görə, Allahın olğlu adi insan həyatı yaşayıb, hətta bir qadınla da evlənibmiş. Romanın təxminən bu mövzuda olacağına ümidim daha çox idi, ancaq belə olmadı. Deyəsən müəllif Kafkavari qələm sahibliyinə cəhd edib, cəhti cəsarətli olsa da nəticəsi uğursuzdur. Bu roman mənim zənnimcə bircə cəhtinə görə uğurludur. Mətnin dili o qədər rahatdır, elə bil Azərbaycan ədəbiyyatı yüz illərdir "lüt-üryan" dolanıb, bədii ənənəyə çevrilib. Hətta "On bir dəqiqə" nin Mariyası "İsanı qadını" Məhəbbət qədər azad deyil.

Səxavəti "Azərbaycanın Koelyosu" adlandırmaq fikrim yoxdur, heç istəməzdim də olsun. Sadəcə kiçik bir müqayisə etmək istədim. Bir başka tərıfdən də əsər Joze Saramaqonun "İsanın incili" romanını xatırladır. Düzdür Jozedən öncə də bu mövzuya toxunanlar olub, ancaq heç bir halda bu romanla bənzər adlarda olan əsərləri müqayisə etmək olmaz. Qəhrəmanın sözünə qüvvət, mən "tənqitçi-mənqitçı" deyiləm haaaa, sadəcə maraq üçün yazıram.

Ona görə də əsəri oxuyun, gözümdən yayınan müqayisəli səbəbləri özünüz araştırın. Bir də yeri gəlmişkən müqayisə məsələsində hələlik son əlavəmi qeyd edib keçəcəm yeni romanı dediyim kimi, az-çox təhlil etməyə. Yəqin Jozenin İsa Məsihi şeytana xidmət etdiyinə görə Səxavətin peyğənbəri də əsərin qəhrəmanını düz yola yönəlməyə imkan vermir. Düzdür ilk baxışdan yuxularına gələrək hardasa onu dəyişməyə nail olur amma Məbişin gecikməsi şam ağacının sonunu gətirdiyi kimi qəhrəmanın da sonunu hazırlayır. Sonda... Üç nöqtə qoydum deyə hesab etməyin ki, çətinə düşdüm. Yox, əsla, davam edirəm!

Müəllif yazmağa başlayanda sanki qələmi yerə qoyib, ya da klavyaturanı azad buraxıb ətəyinə çaylaq daşı yığıb ki, yoxee, bu cəmiyyətin bir sıra əhlini daşa basacam, belə olmaz! Qınamıram da, hardasa haqlı səbəbləri var, buna görə də, ironik üsyanına çox dərin düşünmədən də hə demək olar. Deyəsən "klaviyaturadan" xəbərsiz romanda ikinci üstün cəhəti də açmış oldum. Əsərin qəhrəmanı yazmağa səbəb olaraq Milli kitab mükafatını əsas gətirib, buna görə də başına gələnlərdən tutmuş xoşuna gələnlərə qədər qeyd edib, arada müəlliflə yabalaşıb da. İndi bilmirəm, müəllif hansı katiqoriya yazıçılardandı amma qəhrəmanı deyir ki, bu gün "yoldaşından ayrılan, ərindən boşanan, arvadından inciyən başlayıb yazmağa". Romanı oxuyanda Qəşəm Nəcəfzadənin bir sözü yadıma  düşdü. "Yazıçı gərək məhəllədə topalaşıb qeybət qıran kənd arvadlarına bənzəsin". Səhv başa düşməyin, yəni  onlar qədər söz ustası olsun, sözlə oynasın, qırğına çıxsın, sözün ucundan tutub ucuzluğa qədər sürüsün. Söhbəti fırlayıb yenə gətirirəm Səxavət Sahilin romanındakı mənə, obraza, dil uslubuna, sujet xəttinə. Vallah müəllifin qəhrəmanı "sözləri" yastı-yastı elə xırdalayır ki, bayağı ifadələri, kobud danışığı oxucunun canına yağ kimi yayılır. Elə məzlum həyat hekayəsi sərgiləyir ki, az qalırsan romanın içinə girib əxlaqsız Məbişin alnından öpəsən, pinti canına dua oxuyub sonra çıxasan. Kitabın özü üç manat olsa da, qəhrəman söyüşün birini üç qəbikdən oxucuya sırıyır. Müəllifin qəhrəmanı, elə qəhrəmanın müəllifi özü də deyir ki, romanımı oxuyun amma mənə söyməyin. Mənim günahım sadəcə bu əsərin yazılmasındadır. Bu da ironiyanın ən yekəsi.

"Qarayanızam, bədəncə də iriyəm, sümüklüyəm. Özümü tərifləmək olmasın, suyuşirinəm. Dilişirinliyimə, mehriban qulluğuma görə özümün daimi müştərilərim var. Hətta Yasamaldakı kafedə olanda televiziya işçiləri də mənə görə ora gəlirdi. Bir sarışın, kök oğlan varıydı, orta boylu, dolu bədənliydi. Oğrun-oğrun həmişə mənə göz qoyurdu. Amma gözdən başka heç nə qoya bilmədi".

Eyibdir demitəm, ondan keçib amma bu cür ifadələr yersizdir. Müəllif belə qələm sahibi olmaqla oxunacağını düşünübsə, düz düşünüb, bu gün kütlə tərəfindən oxuna bilər. Belə əsərlərlə bu günün seçilmiş yazarı olmaq asandır amma kütləni kütləlikdən çıxara biləcək təfəkkür, fəlakətdən qurtuluş yolu bu romanın heç bir hissəsində yoxdur.

"Bu cür qanqaraçılıq evdən əksik olmurdu. Kimsə gələndə Məhəbnət onu gəlməyinə it peşmanı eləyirdi. Təzə adam görən kimi qabağına qaçşb "götüm ağzaaa" deyirdi.
"Misir əmimin oğlunun məndən xoşu gəlirdi. Onu götümə almasam da, bilirəm ki, məndən əl çəkməyəcək".

Hesab edək ki, "İsanın qadını" bir gün ingilis dilinə tərcümə olundu və bir ingilis də alıb oxudu. Nə düşünəcək, yeni nə tapacaq, bu əsərin nansı keyfiyyətindən zövq alacaq? Mariya kimi qəhramandan sonra Məhəbnətə necə baxacaq? Bu məsələlər də yaranan bütün yeni mətnlərin sonu kimi naməlumdur ancaq məlum tərəflər də ortadadır.

"Birinci yer olmasa da, heç olmasa 2-ci, 3-cü yeri tutaram da. Yaxşı da pul verirlər. Görüm, bəlkə içərilərində şorgöz münsif olsa hərəkət eləyəcəm. Bəs bu boyda dalı niyə saxlayıram, dar gündə də köməyimə gəlmirsə...

Bu hələ harasıdır, romanı tam oxuyana əhsən düşür. 

Əsərdən bir neçə hissə nümunə verdim ki, mətnin necə "rahat" oxunduğunu təxmin edə biləsiz. 
Əslində müəllif əsərinin zəifliyindən əmindir, buna görə də bir anlıq daşdan əl çəkib qəhrəmanın dilindən oxuculara üç nöqtəlik mesaj da atıb. O mesajın harda yer aldığını kitabı oxuyanda görəcəksiz.
Oxu məni qəzetindən stat olaraq altı səhifəyə yaxın qatqını isə postmodernozmə aid olmaq cəhti kimi qəbul etmək olar. 
Müəllifin qəhrəmana aid etdiyi maraqlı uşaqlıq illəri əsərin davamında özünü faciəvi keçmiş kimi göstərir. Qeyd olunur ki, Məhəbbət xalalarının tərbiyyəsində böyüyüb. Demək valideyinlər ara-sıra dava salmağı bacaran, dilsiz düşmənçiliyə səbəb yaradan adi insan maketləri idi. Əsərin ən böyük qəbahəti ad günü axşamı baş verən hadisənin sona qədər qapalı düşmənçiliyə səbəb olmasıdır. Həmdə ata obrazının özünü qeyrət ağacından asıb saxlaması, qızının əlini isə qardaşı oğlunun qanına bulaması ilə gülüncləşir. Misir əmi obrazı bütləşdirilib, bibi hegemondur, kiçik əmi manyaklaşdırılıb, ana pultla işləyən ev texnikasıdır, ata isə heç birindən deyil. Qalan obrazlar elə də çox nəzərimi çəkmədi deyə xırdalığa getmirəm. Məktəb illərinin sonuna yaxı, yalnız bircə dəfə Məhəbbətin oxumaq arzusu özünü göstərir. Əmisi oğlu ilə evliliyə maniə kimi bibisinin pozğunluğu əsas göstərilir, alt qatdakı səbəb mənasız sirrdir. Çıxış yolu kimi qeyd edilir ki, həmin hadisədən sonra Məhəbbətin atası əsəbi olub və s, və il axır. Olsun, ancaq yenə də açılan güllə düzgün istiqamətə atılmayıb. Çayı axıdıb köpüyü tutmaq məsələsi...

Əhlikef qəhrəman caduya inanmır, yuxularına və yuxuda gördüyü ağ paltarlı kişinin İsa Məsih olduğuna isə əmindir. Cadu demişkən, bu hissədə müəllif təkcə xristian dininə qulluq edən İsaya yox, həmdə "milli mollalarımıza" da güzgü tutur. Yuxarıda dediyim kimi, romanda sadəcə Misir əmi Zefs yüksəkliyində dayanır, qalan əksər obrazlar mənfidir. Misir əmi obrazı isə Məhəbbətin həbsxana həyatına qədər davam edir. Və keçmiş onu elə "tutub" ki, oğlunu qəmələyən qardaşı qızının cəzasını üç ildən doqquz aya düşürtdürür. Romanda yer alan toy, nişan tədarükü, atanın qızı ilə birlikdə Sürü Məmmədin himayəsinə sığınması, polislə qarşı durma, və daha sonraki qəmə məsələsi mahiyyətcə bəsit sujet xəttidir.  Əsərdəki əmioğlu obrazı sanki robotdur, o heç nəyi anlamır, reaksiya vermir. Hətta gərdək gecəsi yengəsinə qədər normal keçir. 

Bir daş da Xuramanın əli ilə, qürbət "cəngavərlərınə" atılıb. Qayıdaq İsa Məsihə. Üç ay davamlı Məbişin yuxusuna girən peyğəmbər onu əməlli başlı ev arvadı olmağ arzusu ilə alovlandırıq, ancaq sonadək sözünü tutmur. Şam ağacları gözləyə bilmir, vaxt da bu münval ilə dayanmadan qaçır. Qəhrəmanın sərgilədiyi həyat tərzində təzadlı anlar həddindən artıqdır. Əsər nə mifik deyil, nə də sujet baxımdan real. Ən qüsurlu yerlərdən biri isə, əsərdəki ikinci nigah hadisələridir.

Məbişin ikinci ərinin bibisi, həyat yoldaşının onunla olan eyş-işrəti və tələf olan beş aylıq körpə. Bu hadisələr bəsitdir. Ən azından ona görə ki, əgər körpə sərxoş ərlə əlaqədən tələf olmuşdusa orda zorakılıq halları yüngül olmamalı idi. Son olaraq, əsərdə xeyli xırdalıqların üstündən keçdim, çox da elə saf çürük etmədim amma ümid edirəm ki, mənim zövqümdə olmahan bu roman öz oxuculrını tapacaq. Yenə müəllifin öz dilindən stat gətirəcəm:-Məndən profesianallıq gözləməyin, altından vurub üstündən çıxdım amma çalışdım ki, oxumayanlara az da olsa məlumat verim. Ən yaxşısı əsərin özü ilə tanışlıqdır. Uğurlar!