Orxan Talıbzadə - Ad günün mübarək

Orxan Talıbzadə - Ad günün mübarək

Ad günün mübarək olsun, sevgilim,
Təəssüf yanında olmayacağam.
Sənsiz necə keçdi aylarım, ilim,
Darıxma yanına qayıdacağam.

Ölüm səni məndən ayırsa belə,
Qəlbimdən çıxarıb ata bilmədi.
Göz yaşım içimdə dönsə də selə,
Çıxıb gözlərimdən axa bilmədi.

Ad günün.. gəldim məzarın üstə,
Son sözün yadımdan çıxmayıb mənim.
Ağlama demişdin, tamam, baş üstə,
Cismim deyil, ruhum ağlayır mənim.

Bu gün də hədiyyə almışam sənə,
Qırmızı gülləri sən çox sevərdin.
Bilirəm sarılmaq istərdin mənə,
Məni sevdiyini yenə deyərdin.

Gedirəm, darıxma, qayıdacağam
Ruhum səninlədir, sən də mənimlə
Ölümü gözləyib yaşlanacağam,
Yanına gələcəm ağ kəfənimlə.

 

Orxan Talıbzadə