Orxan Talıbzadə – Gecikmiş peşmançılıq

Orxan Talıbzadə – Gecikmiş peşmançılıq

Gör neçə ildən sonra,
Biz səninlə görüşdük.
Olanları unudub,
Dərdi-qəmi bölüşdük.

Xatırladıq birgə biz,
Çox xoşbəxtdik bir zaman.
Eşqimiz körpə idi,
Ona zülm etdik yaman.

Yadındamı birlikdə,
Çox xəyallar qurmuşduq.
Hamısı gözəl idi,
Sanki biz bir olmuşduq.

Nankorluq elədik biz,
Puça çıxdı arzular.
Unutduq bir anda biz,
Çin olmadı arzular.

Birimizin bir sözü,
Birimizdən keçmədi.
Ayrılıq oldu qismət,
Sevgi bizi seçmədi.

Çox asan ayrılmışdıq,
Heç nə yaşanmamış tək
Həyat bizi sınadı,
Məğlub olduq təkbətək.

İndi çox yorğunuq biz,
Saçımıza düşüb dən.
Xatirələr ağlayır,
Eşqdən, dərddən, kədərdən.

 

Orxan Talıbzadə