Orxan Talıbzadə - Hardan gəldi bu ayrılıq

Orxan Talıbzadə - Hardan gəldi bu ayrılıq

Çox asan əl götürüb biz,
Ayrı düşüb, olmadıq biz,
Halbuki əhd etmişdik biz,
Hardan gəldi bu ayrılıq?

Sevgilərə örnək idik,
Dillərə biz əzbər idik,
Bəlkə də kəm gözə gəldik,
Hardan gəldi bu ayrılıq?

Bahardaydıq, qışa düşdük,
Zirvədəydik, yerə düşdük,
Niyə axı ayrı düşdük,
Hardan gəldi bu ayrılıq?

Sevgi bizə bəs etmədi,
Xasiyyətimiz bir getmədi,
Sorma daha, bəs etmədi
Hardan gəldi bu ayrılıq?

Orxan Talıbzadə