Premyera: “Öldür məni, əzizim”  (FOTOLAR)

Premyera: “Öldür məni, əzizim” (FOTOLAR)

Fevralın 15-də Lənkəran Dövlət Dram Teatrında görkəmli türk yazıçısı Əziz Nesinin "Öldür məni, əzizim” pyesi əsasında Oruc Qurbanovun qələmə aldığı "Manyak” tamaşasının premyerası olub. 

Yarpaq.az-ın verdiyi xəbərə görə, ahıl yaşında tənha qalmış iki qadının faciəsindən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Miranda Qurbanovadır. 

Maraqla qarşılanan tamaşada əsas rolları Əməkdar artist Adil Zeynalov, aktyorlardan Şarud Mehdiyeva, Qızılgül Quliyeva, Allahverən Babayev və Emin Fərzullayev ifa ediblər.