Rəhim Əliyev. Yük otağında möcüzə (HEKAYƏ)

Rəhim Əliyev. Yük otağında möcüzə (HEKAYƏ)

Saradan  qabaq qonaq evində onun əri işləyirdi. Karlen kimi həm faytonçuydu, həm də mətbəx işinə baxırdı. Sara isə hərdən aşxanada ərinə kömək eləməyə gəlirdi. Onun ayağı düşərli oldu. Qonaqlar səhərəcən qonaq evindən getmirdilər, gəlirləri xeyli artdi. Bunun əsas səbəbi qonaq evinin adi fahişəxanadan fərqi idi. Bu fərq iki şeydə idi: qonaq evinin ünvanı yox idi, ora ancaq Kverə məxsus  faytonda gəlmək olardı, ikinci isə ancaq gecə düşəndən sonra gəlmək olardı. Abırlı müştərilər ünvanı hamıya bəlli olan fahişəxanalara gedə bilmirdi. O vaxt Bakı hələ balaca bir şəhər di və adamlar bir-birini tanırdılar. Ona görə Kverin açdığı ünvansız gecə fahişəxanası  uğurlu oldi. Gündüzlər fahişəxana elə bil yox idi, ancaq gecələr Kverin  dost-tanışa, seçmə xozeyin balalarına xidməti var iydi.

Qonaq evinin dövriyyəsi kababxananı keçəndə  Kver başa düşdü ki, qızıl damara düşüb və bu, həm də Saranın əlinin duzu və səliqəsi ilə bağlı di. Ona da ayda səkkiz manat maaş təyin elədi. Amma bu səkkiz min manat düşərsiz oldi. İkinci ayın maaşına bir həftə qalmış  Saranın əri Qurgen yuxuda keçindi. Onda Kver Səhmannıdan uzaq qohumu Karleni faytonçu gətirdi, Sara isə Qonaq evinin idarəçisi və xəzinədarı oldu. Gəlirli işi olan dul Sara barədə söz-söhbət başlananda Kver başa düşdü ki, pul gətirən bu qadını özgəyə vermək olmaz. Ərinin qırxına üç həftə qalmış  səhərə yaxın, dan yeri söküləndə qonaq evinə gəldi. Kver bilirdi ki, bu vaxt axırıncı müştərilər gedir. Karlen axırıncı müştərini şəhərə aparanda Kver Sara nan tək qaldı. Kver qadını "qadan alım” deyə-deyə taxtın üstünə oturdanda Sara müti oldi, nitqi itdi elə bil, üzünə yazıq bir görkəm gəldi. Dünya görmüş Kver bunu qadının sifətində oxudu, anladı ki, Sara müqavimət göstərməyəcək. Yırğadan sonra yataqda Saraya dedi:

– Heç kəsi yaxına buraxma, səni özüm saxlayacam, özü də yağ-bal içində.

Sonra isə mühasibat  və  işlərin məxfiliyi, qonaq evində olanların sirr olması barədə əvvəl dediklərin təkrar elədi. Mühasibatın ən çətin hissəsi kişilərə xidmət edən qızların müştəridən aldığı pulun Saraya təhvil verilməsi idi. Sara pulu alıb qızın və müştərinin adını qeyd edirdi. Səhər pulları siyahı nan Kverə verirdi. Qızlara ordan çatan haqqı ancaq Kver özü bilirdi, qiyməti isə əvvəlcədən Kver özü müştərilər nən danışırdı, qızlara nə qədər vermək lazım olduğunu onlara deyirdi. Amma pulu mütləq qızlar özləri almalı idilər. Artıq pul veriləndə Kver bu hissəni qızlara qaytarırdı. Bu qızlar cüt-cüt onun Ermənikənddə tutduğu erməni ya rus evlərində kirayə qalırdılar. Bu, oların müştərilər nən daha qılıqlı olması üçün di.

Əvvəllər Kver həftədə iki-üç dəfə alatoranda Qonaq evinə gəlirdi, Sara da hər dəfə qab-qaşıq yumaq üçün qızdırılan su nan yaxalanıb Kver nən yırğa elirdi. Hərdən onun evinə də gəlirdi Kver. Hərdən də üç-beş gün qalmaq çün təzə qadınlar yollur di onun evinə. Bu sınaq müddətinə gətirilən təzə qızlar idi. Müştərilərin bir dəfə yırğa elib sonra axtarmadığı qızları Kver daimi işə götürmürdi. Amma kimi bir müştəri bir neçə dəfə sifariş elirdisə, onu daimi işə götürürdi, sonra bu qadına ayrıca ev tuturdi. 

Kverin gəlişləri seyrələndən sonra Saranın yuxusu ərşə çəkilməyə başladı. Səhərə qədər ayaq üstə qonaqları yola verir, qab-qaşığı yuyub evə gedirdi. Evdə uzanıb yatmaq istirdi, amma gözünə yuxu getmir, başı ağrıyırdi. Çox vaxt hava qaralmağa başlayanda Karlen onun dalınca gəlirdi. Sara faytonda işə gedəndə yatıb-yatmadığın kəsdirə bilmir di, yarıyuxulu olurdi. Axşama can qanı qaralır, işləməyə həvəsi olmurdi. Növbəti gün də elə. Sara bunun  səbəbini də bilirdi. Əri Qurgen hələ Bakıda bənnalıq elədiyi vaxtlardan hər səhər onu yırğalayıb işə gedirdi. Bu balacaboy, yumrubaş kişidə olan gücə Sara mat qalırdı. Gün çıxandan batınca daş qoyasan, hər gün də yırğaya gücün qala. Sonralar Qurgen bənnalıqdan uzaqlaşanda onun yırğa dotələbliyi azaldı, Sara da sağlam düşüncə nən anladı ki, ərinin gücü elə daş qoymağında imiş. Amma Qurgen faytonçuluq eləməyə başlayanda da Saranın yırğa cəhətdən ehtiyacı yox iydi. Amma əri öləndən sonra beş həftəni güc nən dözdü: gecələr hər gün ağlayırdı, əri üçün, yoxsa  başqa səbəbdən ağlırdi, bu da aydın deyildi. Kver onu sözsüz-təklifsiz taxtın üstünə çəkəndə ürəyində fikirləşdi ki, allah məni istir. Çünki, Kver elə bil onun ürəyinin ehtiyacını oxumuş di.

Bir ilə yaxın keçəndən sonra Kver ona soyuq görünməyə başladı. Hər səhər tələsdiyini deyir, onun üzünə baxmırdi. Bir neçə həftə sonra isə pulların dalınca onun xəzinədarı gəlməyə başladı. Saraya dedi ki, Kver xəstələnib. Qadın elə bildi ki, bu müvəqqəti di, amma beləcə onun ayağı qonaq evindən seyrəldi. Gələndə  Kver elə vaxtlar gəlirdi ki, yırğa barədə söhbət  gedə bilməzdi. Axır Sara öyrəndi ki, Kver cavan bir rus qızı saxlır.

Bu barədə Karlendən soruşanda qadına bir şey demirdi, ancaq mızıldır di ki, iş çox di. Kverin gözünün düşməni onun sözünü danışmaq, ondan xəbərçilik di. Bunu heç kəsə baxışlamırdi. Sara da zülmə tabe iydi. Başı ağriya-ağriya, yuxudan gözləri yana-yana günləri yola verirdi. Bir gün yorğun vaxtında qab-qaşıq yuyurdi.   Karlendən xahiş elədi ki,  onun əlinə su töksün. Elə bil şeytan arvadı yoldan çıxardı, gədənin ağzından balaca araq iyi də hiss elədi. İri aş qazanını yuyurdi. Elə həmin gün yanaşı durub parç nan su tökən Karlenin əli onun yanına, kürəyinə, sonra məmələrinə dəydi. Sara bir kəlmə danışmadan iri qazanı qırağa qoyub Karlenin üstünə gəldi. Gədə qorxdu, elə bildi Sara acığını tökəcək üstünə. Amma arvad onun üzünə baxmadan əlini tələsmədən onun qasığına apardi, istədiyini tapıb gədənin şalvarının düymələrini açmağa başladı. Sonra gədənin şeyini ətli sifətinə, dodaqlarına, boynuna sürtdü. Karlen mat qaldi, utanırdi, Sara xalanın üzünə baxmağa qorxurdi. Gözü pəncərədə iydi. Bir də gördi ki, Sara onun qabağında lüt di. Bu lüt bədən parıltılı və gözəl  di, həmişə qara paltar geyən, ləçək bağlayan Sara xalanın bədəninə oxşamırdi. Karlen yəqinlik üçün arvadın üzünə diqqət nən baxdı. Hə, Sara xalanın üzü iydi, ləçəyini də açmamışdi, amma  üzü işıqlanıb cavanlamış di. Ağappaq, yumşaq, elə bil balacalaşmış bədənindən ətir gəlirdi, amma Karlen bu ətri heç nəyə oxşada bilmirdi. Gədənin fikirindən keçdi: yuxu di bular?

Amma yuxuya oxşar işin  axırı tələsik  yırğa nan bitdi. Karlen qadının üstünə çökən kimi Saranın sifəti əyildi, dodaqaltı kimləsə danışmağa başladi. Karlen iş üstə iydi, özü də boğulurdu. Hannan-hana xəbər tutdi ki, Sara var gücü nən onu özünə sıxıb. Karlen hərəkət eləyə bilmirdi, amma Sara ətli ayaqlarını qovzuyub havada dizdən açıb yumurdi, gah düzləyir, gah da sinəsinə tərəf çəkirdi, sinəsi boğulan adam kimi qalxıb  enə-enə:

– Həə, həə, həə... – təkrar elirdi.

Karlen kəsdirə bilmirdi ki, bu inilti boğulma əlaməti di, yoxsa onu həvəsləmək üçün di. Bir an sonra Saranın gözləri bərəldi, başı yastığın üstünə hərəkətsiz düşüb qaldi. Karlen qorxdi, Sara deyəsən ölmüş kimi iydi. Tərpənmək istəyəndə gördü ki, Sara təzədən onu özünə bərk-bərk sıxıb. Pıçıldadı:

– Sara xala, noldi sənə?

Qadın hərəkətsiz iydi, içi ağarmış gözləri geniş açılı iydi. Oğlan onun ürəyinin vurub-vurmadığın ayırd eləmək çün qulağını onun sinəsinə qoydu. Saranı tər aparmışdı, Karlen bunu qadının diriliyi bildi.  Təzədən başını qadının ətli sinəsinə qoydu, sonra axır ki, yığılan şeyini qadının içində hiss elədi, ora isti və yumşaq idi, iki-üç dəfə də özünü tərpətdi. Qadından çıxmaq istəmirdi, amma şeyi ondan asılı olmadan yığılır və ordan çıxırdi. Birdən Sara yenə inildədi:

– Durma, çıx işlə,  işlə...

Amma Karlenin şeyi lap ucda iydi, ona təsir eləməyə  gücü də yox di. Özü də bilmədən qadının  ətli, yumşaq çiyinlərindan öpməyə başladı. Sara bundan deyəsən dirildi, onun dodaqlarını tapıb sormağa başladı. Qadının dodaqları başqa dodaq oldi, iliq, yumşaq, iliyə işləyən bir dadı vardı. Karleni gülmək tutdu: Bu onun tanıdığı əndamlı, ağırlaşmış Sara xala iydi, yoxsa möcüzə baş verib, onu dəyişiblər? Saranın iriləşmiş, içi ağarmış gözlərində misilsiz bir işıq vardı, bu işıq gözəl və cavan iydi. Sonra Karlen Saranın dodaqlarını öz boynunda, qulaqlarının ətrafında hiss elədi. Karlenin ürəyi yavaş-yavaş döyünməyə başladı. Sonra şeyini Saranın əlində, daş kimi bərkimiş hiss elədi və mat qaldı. Şeyi elə bil ondan xəbərsiz, onun güman eləmədiyi və hiss eləmədiyi bir səbəbdən hallan di. Halbu ki, bayaq yavaş-yavaş boşalıb qadından çıxanda o hər şeyi hiss eləmişdi. Amma indi öz-özünə hallananda  heç hiss eləmədi.

Sonra Saranın bərk əli onu içəri, isti və yumşaq yerə saldı, onun qulağının ətrafını öpə-öpə pıçıldadı:

– Tələsmə, xırda-xırda yırğala...

Karlen əvvəlcə bir şey annamadi. Sara təzədən ayaqlarını uzadıb yığmağa başladı, sonra pıçıldadi:

– Öldür məni, sən nə şirin balasan, bir də öldür...

Karlen bu sözlərdən qürurlandi, sonra duydi ki, nəsə aşağıdan onun şələsinin divarına toxunur. Ona elə bil güc gəldi, halsız olsa da tərpəşməyə başladı və bayaqdan Saranın nə istədiyini anladı. O nəsə pıçıldayırdi, Karlenin  zirkilərisə artırdı özündən bixəbər. İndi oğlan nəfəsinin çatmadığın hiss eləməyə başladi. Bir azdan Saranın başı yenə halsız və hərəkətsiz oldu. Xalanın içi irilənib sulanmışdı, içindəki isə elə sümük kimi idi. Karlen yenə bu uşağın özünü belə qəribə aparmasın fikirləşdi. Sonra sağ döşünün giləsində ağrı hiss elədi. Gözünü açanda anladı ki, Saranın üstündə yuxulayıb. Arvad onu oyadırdı, Karlen isə yatmaq istirdi. Qadına məhəl qoymadan onun üstündən düşüb arxası üstə təzədən yuxuladi...

Hər ikisi Kverdən qorxduğu çün bir-birlərinin sirrlərini qorudular. Amma altı-yeddi həftədən sonra hamı Karlenə dedi ki, niyə belə arıqlamısan? Sara on səkkiz yaşı təzə tamam olmuş bu uşağ nan hər gün yırğa eləmək üçün bəhanə və şərait tapırdi. Qadın bu qonaq evində Karlenin sifarişçisi idi, ona görə bir gün qabaqdan ona elə tapşırıqlar verirdi ki, oğlan günün ən sakit vaxtında – səhər gün qalxmış  vaxtda, Sara qab-qaşığı yuyub qurtaranda, Kverin adamı gəlib gündəlik pulu aparandan sonra həyətə gəlirdi. Hərdən təzə-təzə tez gəlirdi, Kverin faytonunu qapıda görüb qonşu küçəyə dönməli olurdu ki, Kverin xəzinədarı getsin. Sonra qayıdır di, gündəlik yırğasını eləyib Saranı yaxındaki evinə aparırdi, özü də yatmağa öz kirayə evinə gedirdi. 
Karlen yorulub halsız olanda day Saranı istəmirdi. Amma qadın hər gün imkan tapıb onun qulaq ətrafını yalayıb əlini qasığına aparanda möcüzə baş verirdi. Onun şeyi sümük kimi bərkiyir, ürəyi tez-tez vurmağa başlır di.  Onda Sara onu xəzri tərəfdəki yük otağına çəkirdi. Bura xəlçə-palaz və yorğan-döşək nən dolu idi. İçəri girən kimi Sara tay qapının dalını vurur və bir göz qırpımında lüm-lüt olub özünü hara gəldi yıxırdi. Elə bil samanlıqda idi. Amma bu yükxanada oyun kimi bir şey də vardı və hər ikisinə xoş gəlirdi. Hər yırğada nəsə bir təzəlik olurdu, çünki, hər dəfə təzə yerdə ağnaşırdılar. Bu da Saranın icadı idi və gədə bunu qanırdı.

– Gəl Sara xalaya can ver, – deyirdi Sara ciddi-ciddi, gözləri genə parıltı nan dolur, qarabuğdayı dərisi yumşalıb istilənirdi. Onda Karlen ona toxunanda iliyi də oynayırdı. Sara xala onun çün ikiləş di. Biri həmişə xala dediyi, başı ləçəkli, tökmə əndamlı, həmişə qara yun donda olan gülərüz qadın, o birisi də hər gün onun iliyi nən oynayan dotələb qadın bədəni idi. Bu bədəndə dünyanın işığı və şirinliyi, insan istəyinin hər üzü var di və Karleni qucağına salanda onunla adi vaxtda olduğundan alayı bir  dil nən danışır di. Bu dildəki sözlərin mənası yox iydi, amma bu sözlər Karlenin iliyinə çatırdi, elə bil ilik dilində, şüuraltı dilində iydi. Olar yük otağına bu dildə danışmaq çün girirdilər. Deyəsən orda Karlen də başqa dili bilən bir adam olurdi. Amma çıxandan sonra onlar təzədən yadlaşırdılar bir az. Aralarında elə bil məsafə yaranırdi. Onda Karlen qadının lüt, ürək döyündürən ilıq bədənini xatırlayırdı və Saranın bu görüntüsün daha çox istədiyini hiss eləyirdi. Lap birinci yırğadan sonra o Saraya müraciətində daha xala sözündən istifadə eləmirdi. Amma Sara özü bu sözə ilişmişdi, deyəsən bu kəlmədə öz şüuraltısına dəyən bir şey tapmışdı.

Birinci yırğadan altı-yeddi həftə sonra Sara yük odasında Karlendən soruşdu:

– Karlen, başıva dönüm, bir şeyi mənə düz de. Kver sənə mən barədə söz deyib?

Karlen qadının üzünə baxmadan qızardı. 

Sara anladı ki, onun şəklənməyi düz çıxır. Karlen çox rahat idi o nan olanda. Kver məkrli adam di, bütün işçilərini həmişə yoxlur di. Ona pul atan  fahişə qızları pis döyməyi də var di və bunu həmişə adam arasında edirdi ki, söhbət yayılsın.

– Nə söz, ay Sara?

– Üstümə  əl qoyasan...

Karlen yenə qızardı, fikirləşdi ki, o nan Kver arasında söhbəti kim Saraya xəbər verə bilər? Ancaq Kver özü. Başqa adam onların söhbətini eşitməyib. Amma dəqiq bilirdi ki, birinci dəfə kefli olanda rus fahişəsini faytonda yırğalayandan sonra qadın bunu Kverə dedi. Bu işə görə Kver çımxırıb Karlenin üstünə dedi:

– Sən bizim qadınlara bir də əlini vursan, it kimi qovaram səni. Özün qazanırsan, pul xərclə get başqa fahişəxanaya. Amma işi heç nəyə qatmaq olmaz.

Onda Karlen ağlamsınıb Kverə yalvardi. Səhmannıdan yarı ac gəlmiş bu uşaq burda hər gün dünyanın nemətini yeyir və pul da qazanır di. Kver Karlenin səmimi peşman olduğun görəndə dedi:

– Sən özümküsən, qohumsan, ətini yesəm də sümüyünü atmaram. Sən gərək Kver dayını qoruyasan. Bax orda Sara var, o da uzaq qohum di, qızmış şey di, bax, ona-buna verməsin, hər sirrimizi bilir. Onu verirəm sənə, həyat kimi şirin arvaddı... Get işlə, hər şeydə gözün olsun...

– Baş üstə Kver dayı, – Karlen yenə dil tökdü. 

Amma bu söhbətdən sonra "onu verirəm sənə” ifadəsinin mənasını əvvəlcə anlamadı. Elə bildi bunu nəzarət mənasında deyir. Başqa cür düşünməyə cürəti çatmırdi. Beləcə həftələr keçdi. Amma  xala dediyi qadına yırğa gözü nən baxmağa başladı. Ayıq olanda arvad onu heç çəkmirdi. Amma kefli olanda Saranın yumşaq əndamına göz qoyur və əlinin içi qovuşurdi. Saraya necə yanaşmaq lazım olduğu ağlına gəlmirdi və çox  utanırdi: xala dediyin uzaq qohuma yanaşmaq ayıb bir şey idi. Amma hər şey öz özünə baş verdi. 

Sara da müştərilər haqda hər şeyi Karlendən öyrənib daha rahat və qorxusuz işləməyə başladı.

Karlen isə üç-dörd aya kişiləşib ətə-qana doldu, hətta bir az qarnı çıxdı.

Oktyabr, 2016